Milli valyutamızın dəyər itirəcəyi ilə bağlı şayiələrin heç bir iqtisadi əsası yoxdur
08.12.2018 [10:08]
Son vaxtlarda ixracın genişlənməsinin nəticəsi olaraq respublikamıza valyuta daxilolmaları artıb ki, bu da manatın kursunun sabit qalmasını şərtləndirən çox mühüm amillərdən biridir
Respublikamızda milli iqtisadiyyatımızın xarici mənfi şokların təsirindən qorunmasına, rəqabət qabiliyyətliliyinin yüksəlməsinə, qeyri-neft sektoru üzrə istehsal və ixrac imkanlarının genişləndirilməsinə və paralel şəkildə əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə hədəflənən çevik monetar siyasət həyata keçirilir. Ölkədə aparılan monetar siyasətdə, o cümlədən də məzənnə çərçivələrinin və hədəflərinin müəyyənləşdirilməsində daxili amillərlə yanaşı, qlobal məkanda müşahidə edilən proseslərin nəzərə alınması da böyük aktuallıq daşıyır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı respublikamızın geniş xarici iqtisadi əlaqələrə malik olduğunu və bu çərçivədə milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin olunmasının zəruriliyini əsaslandıraraq manatın möhkəmlənməsi ilə bağlı müəyyən fikirlər səsləndirib. Lakin daim bulanıq suda balıq tutmaq həvəsində olan bəzi “ekspertlər” və “iqtisadçılar” yenə də öz amplualarında qalaraq növbəti dəfə ajiotaj yaratmağa və gündəmdə qalmağa uğursuz cəhdlər göstəriblər. Belələri maliyyə nazirinin fikirlərini kontekstdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və ayrı-ayrı saytlarda təhrif ediblər. Çox təəccüblüdür ki, bu qəbildən olan “ekspertlər”in və “iqtisadçılar”ın sırasında deputat Vahid Əhmədov da yer alır. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir deputatın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli münasibət bildirməsi yalnız təəssüf doğurur. “Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır”. Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev KİV-ə açıqlamasında bildirib.
Maliyyə Nazirliyinin rəsmisi fikirlərinə davam edərək vurğulayıb: “Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi, ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.
Qeyd etmək yerinə düşər ki, respublikamızda ixrac siyasi və maddi baxımdan güclü şəkildə dəstəklənir. Ölkəmizdə aparılan yeni nəsil islahatlar çərçivəsində, həmçinin qeyri-neft məhsullarının ixracının genişləndirilməsini hədəfləyən müvafiq tədbirlər həyata keçirilir. Respublikamızda beynəlxalq təcrübə əsas götürülməklə ixracın səmərəli təşviq mexanizmi işə salınıb. Eyni zamanda, “Made in Azerbaijan” brendi xarici bazarlarda yüksək səviyyədə təbliğ edilir. Son illərdə özəl bölmə təmsilçilərinin xarici ölkələrdə təşkil olunan nüfuzlu sərgilərə vahid ölkə stendində qatılmalarına dövlət tərəfindən dəstək verilir. Dövlət vəsaiti hesabına xarici ölkələrdə yaradılan logistik mərkəzlər, ticarət evləri də milli brendlə buraxılan məhsullarımızın təbliğinə və satışına müsbət təsir göstərir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, cari ilin 9 ayında respublikamızdan qeyri-neft ixracı təxminən 14 faiz artıb ki, bu da çox yaxşı göstəricidir.
Maliyyə Nazirliyinin rəsmisi KİV-ə açıqlamasında onu da vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hazırda təmin edir və bundan sonra da təmin edəcəkdir. Bütövlükdə milli valyutaya inamın artması, məzənnə dəyişikliyi bir sıra amillərlə şərtlənir ki, bu amillər sırasında monetar siyasətlə bağlı dövlətin siyasi iradəsi ilə yanaşı, real sektordakı vəziyyət, ölkənin iqtisadi potensialı, maliyyə imkanları da önəmli rola malikdir. Respublikamız sadalanan bütün seqmentlər üzrə müsbət göstəricilərə malikdir. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin, o cümlədən də Davos İqtisadi Forumunun hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi yüksək dəyərləndirilib.
Ölkədən qeyri-neft ixracının artması ilə yanaşı, birjalarda neftin qiymətinin 60 ABŞ dollarından yüksək formalaşması da manatın kursunun sabit qalmasını şərtləndirən çox mühüm amil qismində çıxış edir. Həm neft sektorundan, həm də qeyri-neft məhsullarının ixracı üzrə valyuta daxilolmalarının artması Azərbaycanın maliyyə imkanlarını genişləndirib. Hazırda respublikamız 45 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatlarına malikdir.
Bütün bu müsbət reallıqlar fonunda Azərbaycanda devalvasiya gözləntiləri ilə bağlı deyilənlərin əsassız şayiələr olduğu aydın görünür. Şübhəsiz, deputat Vahid Əhmədov da Milli Məclisdə iqtisadi sektora aid komitənin üzvü kimi, Azərbaycanın getdikcə artan iqtisadi-maliyyə imkanları barədə geniş məlumatlara malikdir. Bəs o, hansı səbəbdən maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirləri kontekstdən çıxararaq şərh edir? Yeri gəlmişkən, Vahid Əhmədov əvvəllər də ölkədə süni maliyyə gərginliyi yaratmağa xidmət edən açıqlamalarla gündəmə gəlib. Lakin onun heç bir əsası və iqtisadi izahı olmayan “proqnozları” tez bir zamanda yalan çıxıb. Onun bu günlərdə ifadə etdiyi fikirlərinin də həqiqətdən uzaq olduğunu faktlar və mövcud reallıqlar sübut edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

