/ / Azərbaycanın Energetika Nazirliyi ilə Meksikanın Energetika Nazirliyinin əməkdaşlığına dair saziş layihəsi müzakirə edilib
Azərbaycanın Energetika Nazirliyi ilə Meksikanın Energetika Nazirliyinin əməkdaşlığına dair saziş layihəsi müzakirə edilib
27.10.2018 [10:33]
Azərbaycanın Energetika Nazirliyi və Meksikanın Energetika Nazirliyi arasında əməkdaşlığa dair saziş layihəsi üzrə müzakirələr aparılıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakıda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti, Meksika parlamentinin deputatı xanım Qabriela Baronla görüşüb.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edən məkan kimi tanındığını vurğulayan energetika naziri genişmiqyaslı forum və konfransların müxtəlif sahələrdə ölkələrarası əməkdaşlığın inkişafına da töhfə verdiyini deyib.
Nazir Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi inkişaf yolundan bəhs edib. Beynəlxalq neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan əməkdaşlığın karbohidrogen resurslarının işlənməsi və beynəlxalq bazarlara çıxarılması, qlobal enerji layihələrinin həyata keçirilməsində rolundan danışıb. Bildirilib ki, Azərbaycan həmişə enerji sahəsində əməkdaşlığa açıq olub, yaradılmış əlverişli mühit ölkəmizi etibarlı və uzunmüddətli tərəfdaşa çevirib. “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması isə Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin əhəmiyyətini artırır.
Görüşdə elektroenergetika sektorunda aparılan islahatlar, bərpaolunan enerji mənbələrindən istifadə istiqamətində planlaşdırılan tədbirlər, Gürcüstan və Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələrlə bağlı məlumatlar da qonağın diqqətinə çatdırılıb.
Xanım Qabriela Baron isə Parlamentlərarası İttifaqın bu ilin dekabrında Azərbaycanda Gənc Parlamentarilərin V Qlobal Konfransının keçiriləcəyi barədə məlumat verib. Ölkəsinin enerji sektorunda həyata keçirilən tədbirlərdən, bu sahənin iqlim dəyişiklikləri kimi qlobal çağırışlardan irəli gələn tələblərə uyğun inkişaf etdirilməsindən danışıb, Azərbaycanın nefti insan kapitalına çevirmək siyasəti ilə maraqlanıb.
Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Energetika Nazirliyi arasında əməkdaşlıq haqqında” Saziş layihəsi üzrə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

