Cənub Qaz Dəhlizi Avropada enerji təhlükəsizliyi məsələlərinin həllinə böyük töhfə verəcək
10.08.2018 [08:52]
Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu layihə gələcəkdə nəinki energetika sahəsində, bütün digər sahələrdə də əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək
Xəbər verildiyi kimi, ABŞ-ın İrana qarşı bərpa etdiyi sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Bu barədə “S&P Global Platts” agentliyinin ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, ABŞ-ın İranın enerji istehlakçılarına qarşı yeni sanksiyaları “Cənub Qaz Dəhlizi” layihəsinə aid olmayacaq: “Bu layihənin məqsədi Xəzər dənizində hasil edilən 16 milyard kubmetr təbii qazın Türkiyə və Cənubi Avropa ölkələrinə nəql edilməsidir. BP şirkəti bu sanksiyaların Cənubi Qaz Dəhlizinin təbii qaz mənbəyi olan Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə şamil edilməməsini istəyib. Həmçinin İranın “NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir. D.Trampın bu qərarında “təbii qaz layihəsi istisna olmaqla” bəndində məhz Cənub Qaz Dəhlizi nəzərdə tutulur”.
Vurğulamaq lazımdır ki, Azərbaycanın moderatorluğu ilə icra edilən “Cənub Qaz Dəhlizi” layihəsi mühüm tərəfdaşlıq platforması olaraq səciyyələndirilir. Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda məhz Azərbaycanın zəngin “Şahdəniz” yatağı çıxış edir. “XXI əsrin layihəsi” kimi xarakterizə olunan və Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirən Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Bu il iyunun 30-dan “Şahdəniz-2” üzrə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb. “Şahdəniz-2” layihəsi üzrə ümumi kapital xərclər hazırda 22,7 milyard dollardır və may ayının sonuna kimi bu layihəyə 17,8 milyard dollar xərclənib. CQBKG layihəsinin dəyəri isə 4,5 milyard dollardır və mayın sonunadək həmin layihəyə 4,2 milyard dollar sərf edilib. TANAP layihəsinin dəyəri 8 milyard dollar qiymətləndirilir və mayın sonunadək bu layihəyə 5,5 milyard dollar xərclənib. TAP layihəsi üzrə isə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonunadək bu layihəyə 3 milyard avro sərf olunub. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 80 faizini icra edib. Layihə üzrə “Cənub Qaz Dəhlizi” QSC-nin 2020-ci ilə kimi (daxil olmaqla) payına düşən layihə xərcləri 11,4 milyard dollar təşkil edir. Bu ilin may ayının sonuna artıq 9,1 milyard dollar, yəni təqribən 80 faizi investisiya edilib. Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 94,8 faizi, TAP-la bağlı isə 74,6 faizi yerinə yetirilib.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Tahir Mirkişili bildirib ki, ABŞ-ın İrana qarşı bərpa etdiyi sanksiyalar rəsmi Tehranın dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir. Millət vəkili qeyd edib ki, ABŞ Prezidenti D.Trampın sanksiyaların 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqlamasının əsas mahiyyəti “İranla iqtisadi əməkdaşlıq edən heç bir dövlət ABŞ-la iqtisadi əməkdaşlıq edə bilməz”dir: “Bununla belə, bərpa edilən sanksiyalar “Cənub Qaz Dəhlizi” layihəsinə aid edilməyib. Təbii ki, Azərbaycan qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa önəm verir, hər hansı bir ölkəyə qarşı sanksiyaların tətbiq olunmasını dəstəkləmir. Ümumiyyətlə, ölkəmizin moderatoru və iştirakçısı olduğu enerji layihələri regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verməklə yanaşı, yeni əməkdaşlıq platformalarının əsasının qoyulmasını təmin edir. O cümlədən də “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində əsaslı rola malikdir”.
Millət vəkili bildirib ki, bu gün Azərbaycan beynəlxalq platformada müstəqil xarici siyasəti ilə seçilir və milli maraqlarımıza uyğun olan iqtisadi siyasət yürüdür. Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət kursu bütün ölkələrlə bərabərhüquqlu əməkdaşlığı önə çəkir və bu mənada moderatoru olduğumuz “Cənub Qaz Dəhlizi” layihəsi də ölkəmizin enerji idxalı siyasətində əsaslı yerə malikdir. Həm regional, həm də qlobal mahiyyətə malik “Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizin adı ilə bağlıdır və sanksiyaların bu layihəyə aid edilməməsi müsbət haldır. Onun sözlərinə görə, Azərbaycan dövləti bu layihəni hazırlayarkən bütün mümkün riskləri nəzərə aldığı üçün bu gün ABŞ-ın irəli sürdüyü sanksiyalar “Cənub Qaz Dəhlizi”ndən yan keçib.
Milli Məclisin deputatı Azər Badamov da ABŞ-ın İrana qarşı bərpa etdiyi sanksiyalara “Cənub Qaz Dəhlizi” layihəsinin aid olunmamasını ölkəmizin yürütdüyü uğurlu xarici siyasət kursu və enerji siyasəti ilə əlaqələndirib. Millət vəkili bildirib ki, ABŞ-ın sərt sanksiyalarının bu layihəyə tətbiq edilməməsi öncədən bu kimi məsələlərin nəzərə alınması və ona qarşı tədbirlərin görülməsi nəticəsində mümkün olub: “Azərbaycan dövləti iqtisadi siyasətini öz milli maraqları üzərində qurur. Eləcə də ölkəmizin beynəlxalq müstəvidə oynadığı rol gündən-günə artmaqdadır. Yenidən qüvvəyə minən ABŞ-ın İrana qarşı sanksiyaları Azərbaycanın Xəzərdəki “Şahdəniz-2” yatağında BP şirkəti ilə birlikdə hasilat həyata keçirən İranın “NICO” şirkətinə şamil olunmur. Ümumiyyətlə, yeni tətbiq olunan sanksiyalar istər hasilatda, istərsə də nəqliyyatda Azərbaycanın xahişi ilə tərəfdaşı olan İran şirkətlərinə, eləcə də Cənub Qaz Dəhlizi iştirakçısı olan bu ölkə şirkətlərinə şamil olunmur. Bu, ölkəmizin beynəlxalq arenadakı mühüm yerinin növbəti sübutudur. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyində əsaslı rola malik olacaq bir layihədir. Azərbaycanın təşəbbüsü ilə reallaşan belə bir layihənin sanksiyalardan kənarda saxlanılması beynəlxalq münasibətlərin əsas aktorlarının ölkəmizə verdiyi dəyəri, respublikamızla əməkdaşlığa verdiyi qiyməti bir daha təsdiqləyir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

