Latviya-Azərbaycan iqtisadi əməkdaşlığı genişlənir
25.07.2018 [09:41]
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılığı ilə Riqada səfərdə olan Azərbaycan nümayəndə heyəti iyulun 24-də Latviyanın Azərbaycanla əməkdaşlıqda marağı olan iri şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə yaradılmış əlverişli biznes mühiti, mövcud potensial və investisiya imkanları barədə məlumat verib. S.Məmmədov latviyalı biznesmenləri ölkəmizə gəlməyə, Azərbaycanda yaradılmış sənaye parklarından, sənaye məhəllələrindən və aqroparklardan istifadə etməyə, habelə təklif olunan güzəştlərlə iqtisadi fəaliyyətin müxtəlif növləri ilə məşğul olmağa dəvət edib. Sonda latviyalı biznesmenlərin suallarına cavab verilib.
Elə həmin gün Azərbaycan nümayəndə heyəti Latviyanın nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri Uldis Auqulis ilə görüşüb.
Latviyalı nazir deyib ki, nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq iqtisadi proseslərlə sıx bağlıdır. U.Auqulis qeyd edib ki, dünən Riqada Azərbaycan Ticarət Evinin açılması ikitərəfli əməkdaşlığa yeni təkan verib. O, əmin olduğunu bildirib ki, Ticarət Evi inkişaf etdikcə ölkələrimiz arasında daşımaların həcmi yalnız artacaqdır.
Azərbaycan mallarının Avropa İttifaqı bazarına ixracı üçün nəqliyyat logistikası sahəsində azərbaycanlı sahibkarlara Latviyanın tranzit dəhlizinin - limanların, dəmir yolların, aeroportun, avtonəqliyyatın imkanlarından istifadə etmək təklif olunub. Qeyd edilib ki, Azərbaycanın Avropa ölkələrinə göndərilən xarici ticarət yüklərinin saxlanması və emal edilməsi məqsədilə Latviya ərazisində yeni nəqliyyat-logistika mərkəzləri, terminallar, anbarlar yaratmaq üçün geniş imkanlar var.
Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, iyulun 23-də Avropa paytaxtında Azərbaycan Ticarət Evinin açılması Riqa ilə Bakı arasında ticari-iqtisadi əməkdaşlığı genişləndirməyə qarşılıqlı marağı əks etdirir. S.Məmmədov qeyd edib ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf edir. Əminlik bildirilib ki, iqtisadi və ticari əlaqələrin möhkəmlənməsi həm sərnişin, həm də yük daşımalarına müsbət təsir göstərəcək.
Nazir müavini vurğulayıb ki, Azərbaycan investisiya sahəsində Latviya ilə əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir.
Görüşlərdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

