Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət Proqramının icrası ümumilikdə bütün bölgələrdə canlanmaya səbəb olub

Dövlət Proqramının icrası ümumilikdə bütün bölgələrdə canlanmaya səbəb olub

09.10.2009 [09:37]

“Yeni Azərbaycan” qəzeti icrasına başladığı layihə çərçivəsində növbəti tədbirini keçirib
“Yeni Azərbaycan” qəzeti Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına informasiya dəstəyi” layihəsi çərçivəsində “Dövlət Proqramının icrasından irəli gələn məsələlərlə bağlı” mövzusunda tədbir keçirib. Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, layihənin rəhbəri Hikmət Babaoğlu, İqtisadi İnkişaf Nazirliyinin (İİN) Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, İİN-in mətbuat xidmətinin rəhbəri Abbas Əliyev və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov iştirak ediblər.
H.B. - Müasir dünyamızda kütləvi informasiya vasitələrinin (KİV) cəmiyyətin siyasi-ictimai həyatında rolu danılmazdır. Şübhəsiz ki, mətbuatın inkişafı, onun maksimum azadlığının təmin olunması kimi məsələlər birbaşa dövlətin vəzifələri sırasındadır. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımlar KİV-in inkişafı baxımından kifayət qədər effektiv hesab oluna bilər. Bu gün dünyaya inteqrasiya edən, qabaqcıl beynəlxalq dəyərlərin mənimsənilməsi yolunda uğurla addımlayan, inkişaf edən Azərbaycan dövlətinin demokratiyanın möhkəmlənməsi, vətəndaş cəmiyyətinin qurulması istiqamətində atdığı addımlar sırasında KİV-in inkişafına yönəlmiş tədbirlər xüsusi çəkiyə malikdir. ümummilli lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində senzuranın buxovunda boğulan, maddi problemlərin dizə gətirdiyi Azərbaycan KİV-ni yenidən dirçəltdi, onun azad və müstəqil fəaliyyəti üçün yeni üfüqlər açdı. KİV-in azad fəaliyyətinə əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, jurnalistlərlə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla söhbətlər aparırdı.  Sevindirici haldır ki, indi bu ənənələr Ulu öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafını dövlət siyasətinin başlıca prioritetlərindən biri elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Prezident İlham Əliyev böyük humanistlik göstərərək qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul etdi. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 illik yubileyi münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Hətta bir sıra hallarda böyük humanistlik örnəyi nümayiş etdirərək qanunun şərt və tələblərini pozan KİV-lərin bağlanmasının, fəaliyyətini dayandırmasının qarşısını aldı. Bir müddət öncə dövlət başçısının Fərmanı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu qurum artıq KİV-lərin təqdim etdiyi layihələrin maliyyələşməsinə start verib. Bütün bu sadalananlar bir daha sübut edir ki, ölkədə KİV-in azadlığının təmin olunması, onların inkişaf edən, dəyişən dünyada baş verən proseslərə ayaq uyduraraq inkişaf etməsi, yeniliklərlə təchiz olunması birbaşa dövlət siyasətinin tərkib hissəsidir. Hal-hazırda Azərbaycan KİV-lərin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur.
Azərbaycanda dinamik inkişafın sürətlənməsində, makroiqtisadi sabitliyin möhkəmlənməsində və bölgələrin bərabər şəkildə inkişaf etməsində mühüm rol oynayan “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hökumətin iqtisadi siyasətinin bütün parametrlərini özündə əks etdirməklə konseptual strategiya kimi dəyərləndirilir. Birinci proqramda ölkənin ümumi inkişafı üçün yüksək effekt verən bu konsepsiyanı davam etdirmək üçün hökumət həmin siyasətin məntiqi davamı olaraq 2009-2013-cü illərə dair “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı hazırlayıb.
- Sahib müəllim, istərdik ki, ilk olaraq, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın “2004-2008-ci illər” icrası və yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlər barədə məlumat verəsiniz.
S.M. - Regionların inkişafı ilə bağlı 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının uğurlu icrası nəticəsində regionların sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoyub. Proqram nəzərdə tutulan tədbirlərin həm vaxtından əvvəl, həm də miqyas baxımından daha geniş sahələri əhatə etməsi ilə səciyyələndirilə bilər. Belə ki, proqram çərçivəsində 600 min iş yerlərinin yaradılması nəzərdə tutulsa da, 766 min 277 yeni iş yerinin açılmışdır. Onların da 547 min 573-ü daimidir. Yaradılmış iş yerlərinin 80 faizi regionların payına düşür. Son 5 ildə ölkəmizdə 27572 yeni müəssisə yaradılıb. Proqramın icrası nəticəsində respublikamızın hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət və digər infrastruktur, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması təmin olunub. Regionlarda infrastrukturun, o cümlədən, elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə infrastrukturu, sosial infrastruktur əhəmiyyətli dərəcədə inkişaf etdirilib.  Rayonlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi bütün rayonların simasının dəyişməsinə səbəb olub. Bölgələr arasında iqtisadi tarazlığın bərpa olunması, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılması strateji hədəflərə nail olunduğunu təsdiqləyir. Bu inkişafın davamlılığını təmin etmək üçün cənab Prezident İlham Əliyev 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramını təsdiq etdi. Əvvəlki proqramın məntiqi davamı olan yeni sənədin başlıca hədəfləri ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional və davamlı sosial-iqtisadi inkişaf, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Yeni proqram, həmçinin, ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun yüksək inkişafına nail olunması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, investisiyaların cəlb olunması üçün tədbirlərin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, onların məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun azaldılması kimi prioritetləri özündə əks etdirir.
ümumilikdə, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi bütövlükdə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarıb. Yeni proqramın reallaşması məşğulluq səviyyəsinin daha da artırılmasına, nəinki rayonlarda, hətta kəndlərdə də yeni müəssisələrin yaradılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb. Proqram çərçivəsində bütün rayon və ucqar yaşayış məntəqələrində infrastruktur-kommunal sektorun davamlılığının təmin edilməsi, ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasının başa çatdırılması, rayonlarda iqtisadi fəallığı artırmaq üçün kompleks islahatların həyata keçirilməsi nəzərdə tutulur. 2009-2013-cü illərdə elektrik enerjisi, qazlaşdırma sahələrinə, içməli su təminatı, meliorasiya və suvarma sistemlərinə böyük diqqət ayrılacaq, bir çox infrastruktur proqramları həyata keçiriləcək. Rayonların qazlaşdırılmasının səviyyəsinin artırılması, dayanıqlı elektrik enerjisi, keyfiyyətli su xidmətləri ilə əhatə olunması, bütün məhəllədaxili yolların əsaslı şəkildə yenidən qurulması, qəsəbələrdə yeni müəssisələrin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması üzrə müvafiq tədbirlər görüləcək. Proqramın maliyyələşmə mənbələri kimi dövlət büdcəsi, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri, Sahibkarlığa Kömək Milli Fondunun və Azərbaycan İnvestisiya Şirkətinin vəsaitləri nəzərdə tutulub. Eyni zamanda, yerli və xarici sahibkarların, beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə qurumlarının vəsaitləri maliyyələşmə mənbələrindən hesab olunur.
Yeni Dövlət Proqramında 1066 tədbir nəzərdə tutulub və artıq proqramdakı tədbirlərin icrasına başlanılıb. Sənəddə konkret olaraq ölkənin ümumi inkişafı ilə bağlı hədəflər, iqtisadi rayonlar üzrə layihələr və hər bir inzibati rayon üzrə tədbirlər öz əksini tapıb. Onu da qeyd edim ki, regionlarda geniş vüsət alan bu tədbirlər ölkənin iqtisadi inkişafının daha da sürətlənməsinə təkan verməkdədir. Məsələn, 2009-cu ilin 8 ayı ərzində 20,6 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artım deməkdir. Bu dövrdə 36 mindən artıq yeni iş yeri, 2900 yeni müəssisə yaradılıb. Hazırkı makroiqtisadi göstəricilər ümumiyyətlə, əvvəlki Dövlət Proqramının da uğurlu nəticələrini göstərir. Onu da qeyd etmək istərdim ki, dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə edilmiş əlavə və dəyişikliklərə görə 2010-cu ildən başlayaraq fiziki şəxslərdən gəlir vergisinin dərəcəsinin yuxarı həddi 35 faizdən 30 faizə, hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, həmçinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisinin dərəcəsi (hazırda 35 faizdir) 20 faiz müəyyən edilmişdir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq və bu sahədə sahibkarlığın inkişafını daha da sürətləndirmək məqsədilə hüquqi və fiziki şəxslər 2014-cü ilədək torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad edilmişdir.
Sahibkarlıq sektorunun inkişafında “bir pəncərə” sisteminin tətbiq olunması da əhəmiyyətli rol oynayıb. Bundan başqa, dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması prosedurunun təkmilləşdirilməsi, bu sahədə də “bir pəncərə” prinsipinin tətbiq olunması sahibkarlığın inkişafı istiqamətində aparılan uğurlu siyasətin nəticəsi kimi qeyd olunmalıdır. Sahibkarlıq sektoruna dövlət tərəfindən göstərilən xüsusi qayğının daha bir nümunəsi kimi bu yaxınlarda İqtisadi İnkişaf Nazirliyində yaradılmış 195-2 telefon məlumat mərkəzini göstərmək olar. ölkənin bütün bölgələrində çalışan sahibkarlar onları maraqlandıran hər bir məsələ ilə bağlı bu xidmətin imkanlarından faydalana bilərlər. Azərbaycan hökumətinin məqsədyönlü siyasəti və əldə olunan uğurlu nəticələri beynəlxalq maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapıb. Məlum olduğu kimi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı “Doing Business-2009” hesabatında respublikamız ən islahatçı ölkə elan olunub. “Doing Business-2010” hesabatında isə inkişaf meyillərinə və islahatların aparılmasına görə ən yaxşı ölkələrdən hesab edilib. Bundan başqa, Dünya İqtisadi Forumunun illik hesabatında Azərbaycan qlobal rəqabət indeksinə görə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb. Azərbaycan dünyada iqtisadiyyatı ən sabit ölkələrdən biri kimi qiymətləndirilir. Yeni proqram daha geniş və əhatəliliyi ilə fərqlənir və hər bir qəsəbənin, kəndin infrastruktur təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Növbəti proqram artıq kəndlərin və kəndlərarası yolların abadlaşdırılmasını, kommunal xidmətlərlə təmin olunmasını özündə əks etdirir. Yeri gəlmişkən, regionların inkişafı ilə bağlı proqramın icrasında Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə qeyd etmək istəyirəm. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ən ucqar kənddə belə yaraşıqlı və bütün vasitələrlə təmin olunmuş məktəblər tikilib. Dövlət Proqramının icrası ümumilikdə bütün bölgələrdə canlanmaya səbəb olub. İstənilən sahibkar sərmayə qoymaq istəyərkən, ilk növbədə həmin ərazinin infrastrukturuna diqqət yetirir. İstər yerli, istərsə də xarici investorlar olsun, onlar istehsal və xidmət müəssisələrinin tikintisinə, turizm obyektlərinin yaradılmasına başlamaq istəyərkən regionlardakı enerji, qaz, kommunal xidmətlər, yol təsərrüfatı kimi amillərə ciddi fikir verirlər. Birinci proqramda başlıca məqsədlərdən biri də məhz bu məsələlərin həlli ilə bağlı idi. Proqramın icrası isə qeyd olunan məsələnin həlli istiqamətində əhəmiyyətli rol oynayıb və bütün bölgələrdə infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Sənəddə nəzərdə tutulan tədbirlər həm vaxtından əvvəl, həm də tam həcmdə yerinə yetirilib. 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramının icrası respublikamızda infrastruktur, sənaye, nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatının inkişafında əhəmiyyətli dəyişikliklərə səbəb olmaqla yanaşı, bölgəyə xarici investorların axınına təkan verib, eyni zamanda, yerli sahibkarların xarici bazarlara çıxışını stimullaşdırıb. Belə ki, yol və infrastrukturun yeniləşməsi sahibkarların yeni müəssisələr yaratmasında və istehsal olunan məhsulun bazarlara ixracında əhəmiyyətli rol oynayıb. Buna görə də, infrastrukturun yaradılması əcnəbi sərmayəçilərin ölkəmizə cəlb olunmasını sürətləndirib və xarici bazarlara Azərbaycan istehsalçılarının çıxışını asanlaşdırıb. Regionlarda yaradılan yeni müəssisələr və iş yerləri həyata keçirilən məqsədyönlü siyasətin uğurları ilə bərabər, təbii ki, həm də sahibkarların fəaliyyətinin nəticəsidir. Sahibkarların maliyyə təminatının yaxşılaşması onları daha çox layihələrdə təmsil olunmağa, daha çox sərmayə qoymağa həvəsləndirir. Sahibkarlıq sektorunun maliyyə təminatının yaxşılaşmasında isə dövlətin diqqət və qayğısı xüsusilə əhəmiyyətlidir.

Elbrus CƏFƏRLİ
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1323 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30