Gələn il kənd təsərrüfatı istehsalçılarına 10 milyon manat kredit veriləcək
03.10.2009 [12:07]
Hökumətin kənd təsərrüfatı istehsalçılarına göstərdiyi diqqət və qayğı öz mühüm səmərəsini verməkdədir. Aqrar sektorda inkişaf tempi hər il artır və kənd təsərrüfatı iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilir. 2009-cu ildə aqrar bölmədə məhsul istehsalının artım tempi 4-5 faiz proqnozlaşdırılır. ölkəmiz aqrar bölmədə istehsal olunan məhsullar hesabına nəinki daxili tələbatı ödəməyə nail olub, eyni zamanda xarici ölkələrə məhsul ixracının həcmini artırmağa başlayıb. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin bildirdiyinə görə, respublikamız hazırda bir sıra Avropa ölkələrinə meyvə-tərəvəz, spirtli və mineral içkilər, tütün məmulatları ixrac etməkdədir.
Dünən keçirilən mətbuat konfransında İlham Quliyev deyib ki, dövlət kənd təsərrüfatı mülkiyyətçilərinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edib. Belə ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunub, onlara güzəştli şərtlərlə texnika, mineral gübrələr, digər kimyəvi preparatlar verilib. Eyni zamanda, mülkiyyətçilərin maliyyə ehtiyaclarının ödənilməsi məqsədilə aşağı faizlərlə kreditlərin verilməsi təmin olunub. Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımların verilməsi, texnika və gübrə alınmasına görə güzəştlərin tətbiqi, digər stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, dənli bitkilərin, əsasən də taxılın əkin sahəsinin çoxalmasına səbəb olub. Fermerlərə yüksək reproduksiyalı 7200 tona yaxın buğda toxumu verilib ki, bu da əkinə olan marağı daha da artırıb. Bir neçə il əvvəl bu məhsulun əkin sahəsi ümumi əkinçilikdə 51,7 faiz təşkil edirdisə, hazırda 84 faizə çatıb. Mülkiyyətçilərə yüksək keyfiyyətli toxumun verilməsi həm məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına, həm də məhsulun keyfiyyətinin yaxşılaşmasına səbəb olub. Bu il 810 min hektardan çox sahədə taxıl əkilib və ölkəmizdə rekord həcmdə taxıl istehsal olunub. Yeri gəlmişkən, hələlik bəzi dənli bitkilərin, əsasən də qarğıdalının yığımı tam başa çatmadığından taxıl istehsalı ilə bağlı son məlumatı dəqiqləşdirmək mümkün olmayıb. Amma bununla yanaşı, proqnozlara əsasən, bu il 3 milyon ton taxıl, 2 milyon 250 ton buğda istehsal olunacaq. Nazir müavini qeyd edib ki, bu il Azərbaycan ərzaq buğdasına olan tələbatı 100 faiz yerli istehsal hesabına ödəyəcək. Xatırladaq ki, respublikamızın buğdaya olan tələbatı 2 milyon 200 min tona bərabərdir. İ.Quliyev fermerlərin taxılı satmasına kömək məqsədilə Dövlət Taxıl Fondu üçün alınan məhsulun təhvil verilməsi müddətinin bir ay uzadıldığını da xatırladıb. ümumiyyətlə, hökumət ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını başlıca məqsədlərdən hesab etdiyindən, taxılçılığın inkişaf etdirilməsinə diqqəti daha da artıracaq.
İlham Quliyev deyib ki, taxıl əkini ilə yanaşı, digər məhsulların da əkin sahəsi çoxalıb. Belə ki, bu il 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün əkilib. Həmin kənd təsərrüfatı məhsullarının istehsalında da artım qeydə alınıb. Növbəti illərdə istehsalın daha da artacağı proqnozlaşdırılır.
Nazir müavini “Aqrolizinq” Səhmdar Cəmiyyətinin balansında olan aqrotexservislərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün müvafiq tədbirlər görüldüyünü də diqqətə çatdırıb. Belə ki, “Aqrolizinq” fəaliyyətə başladığı dövrdən indiyə kimi fermerlər üçün 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskovator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınlarının və qoşquların respublikamıza gətirilməsini təmin edib. Eyni zamanda, mülkiyyətçilər 7 adda 295 tondan artıq pestisid, 237 min ton mineral gübrə ilə təmin olunub. Bundan başqa, ötən 5 ildə bölgələrdə 7 süd zavodu, 15-ə yaxın soyuducu kamera, 7 qarışıq yem zavodu tikilərək istifadəyə verilib.
Artıq kənd təsərrüfatında çalışanların texnika ilə təminatında Azərbaycanın istehsal etdiyi maşınlar da mühüm əhəmiyyəti ilə seçilir. Azərbaycan hökuməti ilə Belarus arasında əldə olunmuş razılığa əsasən, iki ildən artıqdır ki, Gəncə Avtomobil zavodunda traktor istehsalına başlanılıb. 2007-2009-cu illər ərzində zavodda 1190 ədəd “Belarus” markalı traktor istehsal olunub ki, onların da hamısı yerli mülkiyyətçilərə paylanılıb. İlin sonuna kimi daha 200 ədəd traktorun fermerlərə verilməsi nəzərdə tutulub.
İlham Quliyev qeyd edib ki, son illərdə kənd təsərrüfatının aparıcı sahələrindən birinə çevrilən heyvandarlıqda da pozitiv dəyişikliklər baş verib. Hökumətin bu sahəyə diqqət və qayğısı isə hər il artır. ötən ildən başlayaraq, heyvandarlığın inkişafına təkan verən mühüm addımlar atılıb. Avropa dövlətlərindən, əsasən də Almaniyadan ölkəmizə 3 milyon manat dəyərində 770 baş iri mal-qara gətirilib. Simmental, şvis, holtsin-friz cinslərindən olan bu heyvanlar 31 rayonda fəaliyyət göstərən fermerlərə güzəştli şərtlər əsasında verilib. Həmin cins mal-qaranın məhsuldarlıq qabiliyyətinin olduqca yüksək olması fermerlərin istehsalı əhəmiyyətli dərəcədə artırmasına səbəb olub. Bu heyvanlardan gün ərzində ən azı 25 litr süd əldə etmək mümkündür.Həyata keçirilən bu tədbirlər heyvandarlıq məhsullarının istehsalının artırılması ilə yanaşı, bu sahənin davamlı inkişafını təmin edəcək.
Kənd təsərrüfatı nazirinin müavini onu da bildirib ki, fermerlərin maliyyə ehtiyaclarının ödənilməsi də prioritet istiqamətlərdən hesab olunur. “Aqrarkredit” təşkilatı 2010-cu ildə kənd təsərrüfatı istehsalçılarına 10 milyon manat dəyərində kredit verəcək. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də mülkiyyətçilərə kreditlərin verilməsi nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri çingiz Fərəcov isə sel və daşqınlar nəticəsində bir sıra rayonların kənd təsərrüfatına ziyan dəydiyini söyləyib. Ən çox Xaçmaz, Hacıqabul və Bərdə rayonları itkilə üzləşib. Güclü yağışlar, xüsusilə, pambıqçılıq, üzümçülük və tərəvəzçiliyə ziyan verib.
Onu da qeyd edək ki, respublikamızda aqrar bölmənin inkişafı xarici dövlətlərin kənd təsərrüfatı sahəsində çalışan şirkətlərinin marağının artmasına səbəb olub. Onlar ölkəmizin iri şirkətləri ilə əməkdaşlıq etmək, aqrar sahəyə investisiya qoymaq niyyətindədirlər. Bu məqsədlə Almaniya, Türkiyə, Belarus, Suriya, İsrail, Litva, Latviya və digər dövlətlərin 35-dən çox şirkəti oktyabrın 6-da Bakıda keçiriləcək “Kaspian-Aqro 2009” beynəlxalq sərgi-konfransında iştirak edəcək. 4 gün davam edəcək tədbirdə xarici sərmayəçilər Azərbaycan şirkətlərinin nümayəndələri ilə kənd təsərrüfatında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsinin perspektivlərini müzakirə edəcəklər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

