Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib
19.05.2018 [09:12]
Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tədbirin əsas məqsədinin qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan hökuməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaq olduğunu bildirib.
Q.Təhməzli vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən Azərbaycanın regionda və beynəlxalq arenada qida sənayesi cəhətdən inkişaf etməsi, ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə qida məhsullarının keyfiyyətini yaxşılaşdırması prioritet məsələlərdəndir. Azərbaycan məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etmək qida sənayesi sektorunun inkişaf etməsinə, istehsalçıların yeni beynəlxalq bazarlara çıxış əldə etməsinə səbəb olacaq.
Q.Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar, xarici ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək qarşıda duran əsas vəzifələrdəndir.
Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, bu mötəbər tədbir ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatının inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcək.
Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Vilyams Azərbaycanın kənd təsərrüfatının inkişafında qısa zamanda böyük nailiyyətlər qazandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, agentliyin yaradılması sayəsində ölkədə əhalinin sağlam qida ilə təchizatı sahəsində də müsbət dəyişikliklər müşahidə olunur.
Konfransın açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran İslam Respublikasının kənd təsərrüfatı nazirinin müavini Mehdi Xaemiyan da çıxış ediblər.
Tədbirin əhəmiyyətindən söz açan natiqlər konfransın Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorlarında ixracın genişləndirilməsinə köməklik göstərəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Açılış nitqlərindən sonra konfrans öz işini texniki sessiyalarda davam etdirib.
Sessiyalarda yerli və xarici ekspertlərin qida təhlükəsizliyi ilə əlaqədar hazırladıqları təqdimatlar konfrans iştirakçılarına nümayiş etdirilib.
Eyni zamanda, sessiyalarda yerli və xarici mütəxəssislər tərəfindən qida təhlükəsizliyinə rəsmi nəzarət, qida təhlükəsizliyi sertifikatı, qida saxtakarlıqlarının qarşısının alınması yolları, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində təhlükəsizliyin təmin edilməsi, qida təhlükəsizliyinin xərcləri və faydaları mövzuları müzakirə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

