/ / Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
04.05.2018 [10:21]
Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında Xidmət rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi DMX ilə BMqT arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi olub.
Əvvəlcə Serhan Aktoprak Vüsal Hüseynovu yeni təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Vüsal Hüseynov qonağa təşəkkürünü bildirərək Azərbaycanın qapısı olan Xidmətin qarşısında duran vəzifələrin icrası istiqamətində müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq planlaşdırılan və tərəfdaş beynəlxalq qurum olan BMqT ilə münasibətlərin daha da dərinləşdirilməsinin zərurətinə toxunub. V.Hüseynov Xidmətin fəaliyyətinin bütün istiqamətlərinin ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın tam təmin edilməsi ilə bağlı konkret əməli addımların atılacağını açıqlayıb. O, humanist və nizamlı miqrasiyanın miqrantlar, habelə cəmiyyət üçün faydalılığından söhbət açıb.
Söhbət zamanı respublikamızın miqrasiya sahəsində çətinliklərlə üzləşmək ehtimalının əvvəlcədən müəyyənləşdirilərək qarşısının alınmasının vacibliyi vurğulanıb. Bildirilib ki, miqrasiya qanunvericiliyində bu sahə üzrə məsələlər tam şəkildə əksini tapıb.
Görüşdə “Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin icrası ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin və Beynəlxalq Miqrasiya Təşkilatının ümumi maraq kəsb edən məsələlər üzrə müsbət və konstruktiv əlaqələrindən danışıb.
Qeyd edib ki, hazırda, təşkilatla əməkdaşlıq şəraitində dörd beynəlxalq layihə həyata keçirilməkdədir. Bunlar “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi”, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların gücləndirilməsi”, “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - VI faza” və “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə”sidir.
BMqT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Serhan Aktoprak Azərbaycanın müvafiq dövlət qurumları, xüsusən DMX ilə səmərəli əməkdaşlıqdan təmsil etdiyi təşkilatın məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycanda miqrasiya sahəsi üzrə məşğul olan dövlət qurumları çox diqqətli və proqressiv iş görür.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25

