Qida Təhlükəsizliyi Agentliyi ilə UNICEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
30.03.2018 [10:31]
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə UNICEF arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr agentliyin əməkdaşları ilə UNICEF-in nümayəndə heyətinin görüşündə aparılıb.
Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdir müavini Namiq Zeynalov agentliyin 2018-ci ilin yanvarın 1-dən etibarən fəaliyyət göstərdiyini, hazırda fəaliyyətinin təminatı ilə bağlı zəruri təşkilati-texniki tədbirlərin həyata keçirildiyini, o cümlədən qurumun kadr tərkibinin və strukturunun formalaşması istiqamətində işlər görüldüyünü UNICEF nümayəndə heyətinin diqqətinə çatdırıb.
Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova isə UNICEF-lə birlikdə əhalinin maarifləndirilməsinə yönələn birgə sosial məsuliyyət layihələrinin həyata keçirilə biləcəyini qeyd edib.
UNICEF-in nümayəndə heyətinin və təşkilatın Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova uşaqların sağlamlıq və qidalanmasına, hamilə qadınlarda anemiyaya (dəmir çatışmazlığı) diqqət çəkərək, bu sahədə agentliklə əməkdaşlığa hazır olduqlarını söyləyib.
Proqramın rəhbəri maarifləndirmə, təbliğat-təşviqat işlərinin digər dövlət qurumları ilə birlikdə kompleks şəkildə həyata keçirilməsinin daha effektli təsirlər göstərəcəyini vurğulayıb.
Görüşdə unun zənginləşdirilməsi, körpələrin ana südü ilə qidalanmasının önəmi, bu sahədə əhalinin maarifləndirmə işlərinin həyata keçirilməsi və iki qurum arasındakı əməkdaşlığın perspektivləri dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

