/ / Azərbaycanla Misir arasında əlaqələr mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf edir
Azərbaycanla Misir arasında əlaqələr mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf edir
23.02.2018 [10:14]
Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclası keçirilib
Fevralın 22-də Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. İclasda Müştərək Komissiyada həmsədrlər - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasrın rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.
AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında Azərbaycan ilə Misir arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, ticarət, sənaye, investisiya, rabitə və informasiya texnologiyaları, enerji, turizm, kənd təsərrüfatı, suvarma, ətraf mühit, təhsil, səhiyyə və əczaçılıq, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında 27 il əvvəl qurulmuş əlaqələr mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf edir. Azərbaycan-Misir əməkdaşlığının genişlənməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Misirə səfərləri mühüm əhəmiyyət kəsb edib.
Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Misir tərəfinə təşəkkürünü bildirib.
Diqqətə çatdırılıb ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və 2017-ci ildə Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. 2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər.
İclasda nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə də məlumat verib.
Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri, Müştərək Komissiyanın həmsədri xanım Sahar Nasr Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Sahar Nasr əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də Misir iqtisadiyyatı barədə məlumat verib.
İclas çərçivəsində Süveyş Kanalı İqtisadi Zonasına, Misirin və Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA), həmçinin AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.
Tədbirin sonunda Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr imzalayıb. Sənəd ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, maliyyə xidmətləri, kommunikasiya və informasiya texnologiyaları, enerji, mədəniyyət və turizm, kənd təsərrüfatı, suvarma, idman və gənclər, elm və təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığı əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19

