Azərbaycan regionda nəqliyyat habı olacaq
09.02.2018 [10:18]
Heydər Əliyev Beynəlxalq Aeroportunda ASEC mərkəzi açılıb
Fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ASEC Mərkəzinin tikintisi üzrə Hökumətlərarası Memorandum Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il mart ayında Fransaya rəsmi səfəri çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) QSC və Fransanın “Thales” şirkəti arasında imzalanmışdı. “Thales” şirkəti üçün pilot layihə sayılan bu layihənin ümumi dəyəri 7 milyon avrodur.
ASEC mərkəzinin açılışı ilə əlaqədar olaraq keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev, “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi və digərləri iştirak edib.
“Hava Məkanından İstifadənin Səmərəlilik Mərkəzində aeronaviqasiya məlumatlarının mübadiləsi sahəsində qabaqcıl təcrübə və ən son texnologiyalardan istifadə edilmişdir. Bu, Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (Eurocontrol) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava hərəkəti axınlarının əsas planlaşdırma mərkəzidir. ASEC sayəsində Azərbaycan həm “Eurocontrol”un, həm də Asiyanın Hava Axınları Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayacaq. Eyni mərkəzdən postsovet məkanında və Yaxın Şərq ölkələrində yoxdur”, - deyə Cahangir Əsgərov bildirib.
“Bu layihə Azərbaycan və Fransa, eləcə də hər iki ölkənin şirkətləri arasındakı möhkəm tərəfdaşlığın göstəricisidir. Mən burada həm texniki, həm də estetik parametrlər üzrə gördüklərimdən böyük məmnunluq duydum. Biz çox şadıq ki, belə mərkəzin yaradılmasında iştirak etmişik. Mərkəz vasitəsilə mühüm məlumatları almaq və onları idarəetmədə istifadə etmək mümkündür. Bu onu göstərir ki, Azərbaycan bu regionda nəqliyyat habı olmağa qadirdir və olacaq da. Fransanın Azərbaycandakı səfiri kimi deyə bilərəm ki, bu layihə qarşılıqlı münasibətlərimizin çox gözəl göstəricisidir”, - deyə Orelia Buşez qeyd edib.
“AZAL və “Thales Group” artıq 20 ildən çoxdur ki, əməkdaşlıq edir və strateji tərəfdaş olaraq qalmaqdadır. Yeni mərkəzdə tətbiq olunan sistemlər hava axınlarının idarəolunması üzrə ən müasir texnologiyalara əsaslanır ki, bu da onu adi hava hərəkətinin idarəolunması sistemindən daha əhəmiyyətli edir. Bu, AZAL-ın Azərbaycan hava məkanında çox sayda uçuşları idarə etməyə hazır olduğunun göstəricisidir. Əminəm ki, biz birlikdə daha çox iddialı layihələr həyata keçirə biləcəyik”, - “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi qeyd edib.
Hazırda Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.
Daha sonra Cahangir Əsgərov və Rafael Eskinazi danışıqlar aparıb. Danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və “Thales”in gələcək əməkdaşlığı müzakirə edilib. Danışıqların yekunlarına əsasən, Azərbaycanda fransız şirkətinin məhsullarının istehsalı üçün AZAL və “Thales”in Azərbaycanda birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunub.
Qeyd edək ki, Mərkəz aşağıdakı funksiyaları həyata keçirir: regional səviyyədə marşrut şəbəkələrinin inkişafı, hava hərəkəti axınının və hava məkanının buraxılış qabiliyyətinin planlaşdırılması və idarəedilməsi, səmərəli sıxlıq və buraxılış qabiliyyətinin artırılması məqsədilə hava hərəkəti axınlarının istiqaməti üzrə “Eurocontrol” ilə koordinasiya, hava məkanından istifadə üzrə monitorinq, təhlil, statistik məlumatların və hesabatların hazırlanması, hava məkanının sıxlığının təhlili, hava hərəkəti axınının dəyişdirilməsinə vaxtında reaksiya məqsədilə hava məkanının modelləşdirməsi, Azərbaycanın hava məkanının potensial istifadəçiləri bazarının araşdırılması və onların cəlb edilməsi.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

