Ölkəmiz Çinin regionları ilə əlaqələrin inkişafında maraqlıdır
08.02.2018 [10:06]
Çinin Şaansi vilayətində fəaliyyət göstərən şirkətlər Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştiraka dəvət olunublar.
İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasına səfəri çərçivəsində Şaansi vilayətinin qubernatoru Liu Goucun ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şaansi vilayəti ilə əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verdiyini, ölkələrimizin ticarət, investisiya, maliyyə və texniki əməkdaşlıq sahələrində əlaqələrini, tranzit əlaqələrinin genişləndirilməsinin prioritetliyini vurğulayıb, ölkəmizin Çinin regionları ilə də əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Nazir Şahin Mustafayev Şaansi vilayətində yerləşən şirkətlərin Azərbaycanda yaradılan sənaye parklarında investor kimi iştirak edə biləcəyini, parkların rezidentləri üçün tətbiq edilən güzəştlərdən, eləcə də investisiya təşviqindən yararlana biləcəyini vurğulayıb. Şaansidən olan iş adamları Ələt azad ticarət zonasında da iştirak edə bilərlər. Avtomobil sənayesi sahəsində əməkdaşlıq imkanları barədə danışan Şahin Mustafayev Şaansi avtomobil zavodunun istehsal etdiyi yük maşınlarının və avtobusların Azərbaycanda da satıldığını qeyd edib.
Şaansi vilayətinin qubernatoru Liu Quocun qədim İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını məmnunluqla müşahidə etdiklərini bildirib, “Kəmər və Yol” strategiyası çərçivəsində ölkəmizlə əlaqələrin genişləndirildiyini bildirib. Vurğulanıb ki, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Çinə dövlət səfərini Şaansi vilayətindən başlaması vilayətlə Azərbaycan arasında əməkdaşlığın qurulması və genişləndirilməsi üçün yaxşı təməl rolunu oynayıb. Qubernator Sianda Trans-Xəzər nəqliyyat dəhlizinin uğurlu təqdimatını qeyd edərək, Azərbaycan nümayəndə heyətinin səfərinin Şaansi vilayəti ilə Azərbaycan arasında əlaqələrin dərinləşməsində əhəmiyyətli olacağını bildirib. Liu Quocun Şaansi vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın böyük potensialı olduğunu, hər iki tərəfin bu potensialdan faydalanacağını diqqətə çatdırıb.
Çinin Sian şəhərinə səfər zamanı iqtisadiyyat naziri Şahin Mustafayev, həmçinin İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciancun ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

