/ / “B.EST Solutions”un rəhbəri identitet sahəsində dünyanın 100 nüfuzlu şəxsləri siyahısına daxil edilib
“B.EST Solutions”un rəhbəri identitet sahəsində dünyanın 100 nüfuzlu şəxsləri siyahısına daxil edilib
08.02.2018 [09:58]
ABŞ “B.EST Solutions” Azərbaycan şirkətinin rəhbəri Yana Krimpeni “One World Identity” versiyasına görə identitet sahəsində dünyanın 100 nüfuzlu şəxsləri siyahısına daxil edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “One World Identity” (OWI) identifikasiya metodlarının tədqiqatı və işlənib hazırlanması ilə məşğul olan və Şimali Amerika və Böyük Britaniyada rəqəmsal ticarət və infrastrukturda ixtisaslaşan nüfuzlu müstəqil təşkilatlardan biridir. Təşkilatın əsas vəzifəsi müəssisələrə, investorlara və hökumətlərə rəqəmsal identifikasiya metodu əsasında fəaliyyət göstərən davamlı, perspektivli məhsullar və strategiyalar yaratmaq üçün bazar tendensiyalarını qabaqlamaqda kömək göstərməkdən ibarətdir.
Bu il dünya üzrə identitet sahəsində 100 ən nüfuzlu şəxslər siyahısında (TOP 100 Influencers in Identity) bank sektoru və hökumətlərin, proqram və aparat təminatlarının işlənib hazırlanmasında lider şirkətlərin, eləcə də ən nəhəng sosial şəbəkələrin rəhbərləri və qabaqcıl nümayəndələri təqdim edilib.
Onların içərisində “Facebook Inc”in baş direktoru Mark Zukerberq, “Microsoft” müəssisəsinin identifikasiya və avtorizasiya üzrə proqramın rəhbəri Lora Hanter, Dünya Bankının rəqəmsal texnologiyaların inkişafı üzrə aparıcı mütəxəssisi Zaid Səfdər, Avropa Komissiyasının Elektron Hökumət və etibarlılıq şöbəsinin rəhbəri Andrea Servid, Böyük Britaniya hökumətində rəqəmsal xidmətlərin baş arxitektoru Adam Kuper, Oreqon ştatının senatoru Ron Uayden, CISCO şirkətinin informasiyanın konfidensiallığı üzrə vise-prezidenti və direktoru Mişel Dennedi, “Gemalto” şirkətinin baş direktoru Filip Valle, “Google” identitet platformasının rəhbəri Adam Rous, Ağ Evin Milli İqtisadi Şurasından Adrien Harris və digər nəhəng dünya şirkətləri və beynəlxalq təşkilatlarının nümayəndələrini misal göstərmək olar.
Azərbaycan ilk dəfə belə nüfuzlu reytinqdə “Asan İmza” mobil elektron imzanın operatoru olan “B.EST Solutions” şirkətinin rəhbəri və Milli Mobil İdentitetlərin Qlobal İttifaqının (GANMI) həmsədri Yana Krimpe tərəfindən təmsil olunub. O, şirkətin milli rəqəmsal identitetin inkişafına istiqamətlənmiş fəaliyyəti ilə Azərbaycandan və regiondan olan yeganə təmsilçidir ki, bu da bütün dünyada çox yüksək qiymətləndirilir.
“Bu ərəfədə mən ölkənin bütün şirkətlərini və vətəndaşlarını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi şərəfinə Vətənə hədiyyə etmələri barədə çağırışla çıxış etdim. 10 ildir ki, biz Azərbaycanın insan kapitalının inkişafına istiqamətlənmiş innovativ bir ölkə kimi bütün dünyada tanınması istiqamətində əlimizdən gələni əsirgəmirik. Azərbaycanın nailiyyətlərini dünyanın ən yaxşı innovatorları siyasında təmsil etmək, elektron hökumət platforması kimi X-Road, “Asan İmza” mobil elektron imza, analoqu olmayan Rəqəmsal Ticarət Qovşağı, m-Rezident və sair bu kimi inqilabi layihələri reallaşdırmaq imkanını mənə təqdim edən bir ölkəyə verə biləcəyim ən gözəl hədiyyədir”, - deyə Y.Krimpe vurğulayıb.
Ətraflı məlumatı https://oneworldidentity.com/top-100-identity-influencers-2018/ keçidindən əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

