Sianda Azərbaycanın investisiya mühiti və tranzit potensialı təqdim olunub
08.02.2018 [09:59]
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi yüksək qiymətləndirilib
“Çinlə tranzit sahəsində əməkdaşlıq prioritet istiqamətlərdəndir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır”.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 7-də Çinin Sian şəhərində “Kəmər və Yol təşəbbüsünün təşviqində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rolu” mövzusunda təqdimatda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Qeyd edək ki, tədbir Azərbaycanın Çindəki səfirliyi, İpək Yolu Beynəlxalq Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilib. Çıxışında nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfərini məhz İpək Yolunun başlanğıcı olan Sian şəhərindən başladığını vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə genişləndiyini qeyd edib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti və üstünlükləri barədə məlumat verib: “Azərbaycanın Çindən Avropa İttifaqına və əksinə, tranzit imkanları genişdir. Trans-Xəzər nəqliyyat dəhlizi Çinlə Avropa arasında ən qısa dəhlizdir. Çindən Avropaya ənənəvi okean daşımaları 60 günə reallaşdığı halda, bu dəhliz vasitəsilə daşımalar 14 günə həyata keçiriləcək. Dəhliz iştirakçı ölkələrə fayda verəcək, regionda sabitliyi artıracaq və insanlar üçün bərabər imkanlar yaradacaq. Dəhlizin rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri arasında koordinasiya gücləndirilib, tranzit müddəti qısaldılıb, prosedurlar sadələşdirilib. Dəhlizin digər üstünlüyü 114 milyon əhalisi, 1,1 trilyon ABŞ dollarına yaxın ÜDM-yə malik Trans-Xəzər Tranzit Dəhlizinin iştirakçısı olan Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstanda siyasi stabillik hökm sürür, davamlı iqtisadi artım müşahidə olunur”.
Azərbaycan-Çin iqtisadi əlaqələri, ticarət və investisiya əməkdaşlığı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin investisiya cəlbediciliyi barədə danışıb, çinli iş adamlarını Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırmaq üçün geniş imkanlardan bəhrələnməyə dəvət edib. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan siyasi baxımdan stabildir, güclü iqtisadi potensiala malikdir, Dünya İqtisadi Forumunun hesabatına əsasən, dünyada 36-cı ən təhlükəsiz ölkədir, əlverişli biznes və investisiya mühiti yaradılıb, Cənubi Qafqazın siyasi, iqtisadi, tranzit və mədəni mərkəzi, beynəlxalq tədbirlər məkanıdır. Müstəqillik illərində ölkə iqtisadiyyatına 248 milyard ABŞ dolları investisiya yatırılıb ki, bunun yarısından çoxu xarici investisiyalardır.
Şaansi Əyalətinin Kommersiya Departamentinin direktor müavini Tanq Yonqanq, Beynəlxalq Ticarət üzrə İpək Yolu Palatasının baş katibi Li Cunxan və palatanın baş katibinin müavini Huanq Dahai çıxışlarında tarixi İpək Yolu, Çinin “Kəmər və Yol” təşəbbüsü və bu strategiyanın reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti barədə danışıblar.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın nəqliyyat və tranzit potensialı, ölkəmizdə yaradılmış əlverişli və müasir infrastruktur barədə məlumat verib, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Çin və Avropanı birləşdirən əhəmiyyətli marşrut olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanda dəmir yolu infrastrukturu yenilənib, dəhlizin rəqabət qabiliyyətinin artırılmasında xüsusi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, Bakı limanının birinci fazası isə yaxın aylarda istismara veriləcək.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib, həmçinin Azərbaycanın nəqliyyat potensialı və Bakının “Ekspo 2025” sərgisinə namizədliyinə dair təqdimat çarxları nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19

