Pekində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair konfrans keçirilib
07.02.2018 [10:08]
Fevralın 6-da Pekində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan tərəfi konfransda iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçılarını salamlayan Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Van Şoven tədbirin ölkəsində keçirilməsindən məmnunluğunu bildirib. O, 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən elan edilmiş “Kəmər və Yol” strategiyası barədə məlumat verərək, bu təşəbbüsün siyasi dialoq, infrastrukturun əlaqələndirilməsi, ticarətin genişləndirilməsi, maliyyə-kredit təminatı və xalqların rifahının yaxşılaşması kimi 5 əsas istiqamətdən ibarət olduğunu və bir çox ölkələr tərəfindən dəstəkləndiyini qeyd edib.
Bildirib ki, təkcə 2017-ci ildə “Kəmər və Yol” təşəbbüsünün əhatə etdiyi ölkələrlə ticarət dövriyyəsi və qarşılıqlı investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb. O qeyd edib ki, 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi qədim İpək Yolunun Qafqaz hissəsinə yeni həyat bəxş edib. Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan hökumətlərinin ciddi səyləri ilə bu ilin yanvarında Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çin-Avropa qatarı Urumçidən Avropaya yola düşüb. Bu, “Kəmər və Yol” üzərində yerləşən ölkələrin həyatında yeni dövrdür və ticarət, investisiya əlaqələrini genişləndirir, iqtisadi inkişafı dəstəkləyir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Çinin “Kəmər və Yol” təşəbbüsünün Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin bu strategiyanı dəstəkləyən ilk ölkələrdən olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Şahin Mustafayev qeyd edib ki, Azərbaycanın məqsədi “Trans-Xəzər Tranzit Dəhlizi”ni “Kəmər və Yol” layihəsinə inteqrasiya olunmaq və bütün iştirakçı ölkələrin qarşılıqlı iqtisadi mənafeyinə uyğun səmərə əldə etmək, eləcə də regionda sülhə və sabitliyə nail olmaqdır.
“Trans-Xəzər Tranzit Dəhlizi”nin rəqabət qabiliyyəti barədə danışan Ş.Mustafayev qeyd edib ki, siyasi-iqtisadi sabitlik və təhlükəsizlik, coğrafi-iqtisadi, məsafə və vaxt baxımından əlverişlilik, layihənin regional əməkdaşlıqda önəmi, dəhliz boyunca infrastrukturun mövcudluğu, tranzit potensialının reallaşdırılması məqsədilə institusional islahatların aparılması dəhlizin başlıca üstünlükləridir: “Azərbaycan İpək Yolunun ölkəmizə aid olan hissəsinin yenidən qurulmasında həmişə fəallıq göstərmiş, Şərq-Qərb istiqamətində reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri vasitəsilə bu dəhlizin enerji komponentini təmin edib. Azərbaycanda 6 beynəlxalq hava limanı və 11 min kilometr avtomobil yolları tikilib. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. Azərbaycanın böyük yük təyyarəsi parkı və Xəzər dənizində ən iri dəniz donanması var. Nəqliyyat infrastrukturunun önəmli hissəsi Xəzər dənizində ən böyük liman olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Hazırda limanın tikintisi uğurla gedir və birinci faza may ayında yekunlaşacaq, 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaq. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq”.
Nazir qeyd edib ki, yaradılmış bu infrastruktur regiona, habelə Ələtdə regional haba çevriləcək Azad Ticarət Zonasının təsis edilməsi iqtisadi səmərə ilə yanaşı, sülhün və sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın sürətlənməsinə xidmət edir, həm bölgə, həm də qlobal miqyasda böyük əhəmiyyət kəsb edir və məhz İpək Yolu dəhlizi ilə üst-üstə düşərək “Kəmər və Yol” strategiyasına töhfə verir.
Konfransda iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əlaqələrinə, eləcə də “Trans-Xəzər Tranzit Dəhlizi”ni əhatə edən ölkələrlə əməkdaşlıq barədə də məlumat verib. Vurğulanıb ki, Azərbaycan Çinlə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və əməkdaşlığın bütün sahələrdə genişlənməsində maraqlıdır. Azərbaycan və Çin dövlət başçıları arasında mövcud olan fəal siyasi dialoq ikitərəfli əlaqələrin iqtisadi, humanitar və digər sahələrdə inkişafı üçün möhkəm təməldir. Ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim dərinləşir, mənafelərimizə uyğun olaraq bir-birimizi qətiyyətlə dəstəkləyir, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyətimizi davam etdiririk. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Çinə dövlət səfəri və səfər zamanı Çinin dövlət başçısı ilə görüşü, əldə olunmuş razılaşmalar əlaqələrimizdə ciddi irəliləyişlərə nail olmaq üçün əsas yaradıb.
Ş.Mustafayev bildirib ki, “Trans-Xəzər Tranzit Dəhlizi”nin iştirakçısı olan ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan və Gürcüstan arasında tarixən formalaşmış qardaşlıq və dostluq münasibətləri Asiya-Avropa kəsişməsində həm qlobal, həm də regional əhəmiyyətli birgə layihələr üçün əlverişli şərait yaradır.
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək İpək Yolunun əhəmiyyətini qeyd edərək, keçdiyi ölkələrdə iqtisadi-ticarət, sosial və mədəni inkişaf baxımından önəmini vurğulayıb. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən Y.Coşqunürək bu dəmir yolunun Türkiyədən keçən hissəsi barədə məlumat verərək, ölkəsinin bununla İpək Yoluna dəstək olduğunu, Çindən Avropaya yüklərin daşınmasında yaratdığı üstünlükləri diqqətə çatdırıb.
Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili çıxışlarında ölkələrin nəqliyyat infrastrukturu, regional tərəfdaşlığın gücləndirilməsi, Transxəzər dəhlizinin üstünlükləri, dəhliz üzrə daşımaların artırılması imkanları barədə məlumat veriblər.
Sonra Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olunub.
Konfrans “Trans-kontinental yük daşımalarındakı üstünlüklər” və “Kəmər və Yol təşəbbüsü boyunca vahid regional tranzit və logistika infrastrukturu” mövzularında panel iclaslarla davam edib. İclaslarda Türkiyə, Qazaxıstan və Gürcüstan rəsmiləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov çıxış edərək Azərbaycanın nəqliyyat-tranzit potensialı, bu sahədə yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının fəaliyyəti barədə məlumat veriblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

