/ / Azərbaycanda Belarus əczaçılıq müəssisəsinin yaradılması haqqında sənədlərin imzalanması gözlənilir
Azərbaycanda Belarus əczaçılıq müəssisəsinin yaradılması haqqında sənədlərin imzalanması gözlənilir
29.12.2017 [09:58]
Yaxın illərdə Azərbaycan ərazisində dərman preparatları istehsal edən əczaçılıq müəssisəsi yaradılmasına dair danışıqlar aparılır. Artıq 2018-ci ilin əvvəlində tərəflər arasında ilkin razılaşmaların imzalanması planlaşdırılır. Belarus özünü dərman preparatları ilə təmin etmək məsələsində yaxşı göstəricilər nümayiş etdirir: ölkədə istehlak edilən əczaçılıq məhsullarının yalnız 15 faizi idxal olunur. Biz Azərbaycanda ən çox tələbat olan preparatlar istehsal etməyi nəzərdə tuturuq.
AZƏRTAC xəbər verir ki, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bu sözləri 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.
Səfir bildirib ki, sözügedən preparatların dəqiq siyahısı hələ tərəflər arasında müzakirə olunur. Lakin əsasən şiş əleyhinə ən müasir preparatlar istehsalından söhbət gedir. Layihənin maliyyələşdirilməsi məsələsi də hələ müzakirə mərhələsindədir. Səfir qeyd edib ki, tərəflərin payçılar kimi iştirak etməsi ehtimalı çoxdur, lakin Belarus bu layihəni təkbaşına maliyyələşdirməyə də hazırdır.
Diplomat deyib: “Həmin zavodda buraxılan məhsullar beynəlxalq standartlara tam uyğun olmalıdır ki, gələcəkdə onları üçüncü ölkələrin bazarlarına çıxarmaq mümkün olsun. 2018-ci ilin əvvəlində həm Azərbaycan, həm də Belarus tərəfinin niyyətlərini və maraqlarını müəyyən etmək məqsədilə ilk razılaşmaların imzalanması planlaşdırılır. İlin ikinci yarısında isə bilavasitə müəssisənin yaradılmasına dair işlərin başlanması gözlənilir”.
Səfir qeyd edib ki, adətən belə iri zavodun yaradılması üçün azı iki il vaxt tələb olunur.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

