Böyük Britaniya parlamentində SOCAR-BP əməkdaşlığının 25 illik yubileyi qeyd edilib
28.10.2017 [00:20]
Oktyabrın 26-da Böyük Britaniya parlamentinin Lordlar palatasında SOCAR və BP arasında əməkdaşlığın 25 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Lordlar palatasının üzvləri Richard Rizbi, David Evans, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Böyük Britaniyanın Avropa və Amerika üzrə dövlət naziri Alan Dankan, Böyük Britaniyada fəaliyyət göstərən bir çox ölkələrin səfirləri, SOCAR-ın və BP-nin nümayəndələri, parlament rəsmiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, lord David Evans təşkil olunmuş bu görüşün uzun illərdir ənənə halını aldığını və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Sonra SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək, SOCAR-BP əməkdaşlığı haqqında geniş məlumat verib, ötən 25 ildə həyata keçirilmiş uğurlu layihələrdən danışıb.
Daha sonra çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, cənab Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin təməlinin qoyulması, Onun davamçısı Prezident İlham Əliyev tərəfindən bu müqavilənin 2050-ci ilə qədər uzadılması çox əlamətdar hadisədir. “Özümü xoşbəxt hiss edirəm ki, belə bir tarixi hadisədə mən də iştirak etmişəm”, - deyə Qəri Counz vurğulayıb.
Sonra görüş qarşılıqlı müzakirələr və axşam ziyafəti ilə davam edib.
Qeyd edək ki, SOCAR-BP əməkdaşlığının 25 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində oktyabrın 30-da Kembric Universitetində SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadənin çıxışı nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22

