/ / Kənd Təsərrüfatı Nazirliyinin layihəsinin uğurları Dünya Bankının illik toplantısında müzakirə edilib
Kənd Təsərrüfatı Nazirliyinin layihəsinin uğurları Dünya Bankının illik toplantısında müzakirə edilib
14.10.2017 [09:44]
Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun illik toplantısı keçirilir.
Toplantıda ölkəmizi maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti, ABŞ-dakı səfirimiz Elin Süleymanov təmsil edirlər.
BVF və Dünya Bankına üzv ölkələrin yüksəkvəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi də daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunur.
Toplantı çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi təqdim edilib.
Dünya Bankı ekspertlərinin Azərbaycan üçün hazırladıqları bu sistem Azərbaycan nümayəndə heyətinə ölkəmizdə həyada keçirilmiş Kənd İnvestisiya Layihəsinin uğurlu nəticələri barədə ətraflı və şəffaf məlumat vermək imkanı yaradıb.
Coğrafi məlumat sistemi 2005-ci ildən başlamış və ikinci mərhələsi tamamlanmaqda olan Kənd İnvestisiya Layihəsi çərçivəsində icra olunmuş bütün sub-layihələri əks etdirir. Azərbaycanın 56 rayonunda 1999 sub-layihəni əhatə edən sistem tətbiq şəklində hazırlanıb və mütəmadi olaraq yenilənəcək. Xəritədə hər bir kənddə icra olunmuş sub-layihə barədə məlumatla yanaşı, onun dayanıqlılığı, sub-layihənin həyata keçirilməsinə sərf edilən bütün vəsaitlər, - istər nəzərdə tutulmuş, istərsə də paralel, - öz əksini tapıb. Sub-layihələrdən faydalanan icma nümayəndələri öz rəylərini bu sistemdə istədikləri vaxt qeyd edə bilərlər və rəylər sistemdə onlayn olaraq görünür.
Coğrafi məlumat sisteminin ən böyük üstünlüyü onun şəffaflığıdır. Sistem həm dövlət, icma və xeyriyyə gəlirlərinə nəzarət etmək imkanı yaradacaq, həm də bir-birinin fəaliyyətini izləməklə, icmalar arasında rəqabət imkanını gücləndirəcək, onları faydalı və dayanıqlı layihələrin hazırlanması və həyata keçirilməsinə sövq edəcək.
Təqdimat zamanı, Azərbaycanın maliyyə naziri Samir Şərifov qeyd edib ki, Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsinə böyük diqqət ayırır. Maliyyə naziri Dünya Bankı ilə Azərbaycan dövlətinin birgə hazırladığı layihənin ölkəmizdə bu sektorun inkişafına daha güclü təkan verəcəyini bildirib.
Coğrafi İnformasiya Sisteminin təqdimatından sonra toplantıya qatılmış digər ölkələrin nümayəndələri, eləcə də Dünya Bankı əməkdaşları Kənd İnvestisiya Layihəsinin növbəti mərhələsində ölkəmizin daha böyük uğurlar qazanacağına əminliklərini ifadə ediblər.
Dünya Bankının 17-ci illik toplantısında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə rəhbərlik edir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Dünya Bankı ilə 2 layihə icra edir. Onlardan biri Kənd İnvestisiya Layihəsi, digəri isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsidir.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

