Ramiz Həsənov Aİ-nin Azərbaycan nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
13.10.2017 [10:15]
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşüb. SMPDK-dən verilən məlumata görə, R.Həsənov diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib. Komitə sədri Azərbaycanla Aİ arasında keyfiyyət infrastrukturu sahələri üzrə əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib. O bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin Avropa təcrübəsinə uyğunlaşdırılması ilə bağlı 2007-ci ildən təşkilatla sıx əməkdaşlıq edilir.
Keyfiyyət infrastrukturu sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, kadr və maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı Aİ-nin “Tvinninq” aləti çərçivəsində indiyədək 3 layihə uğurla icra edilib. Hazırda uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə yeni layihənin icrasına başlanıldığını deyən komitə sədri bu layihənin də müsbət nəticələrinin olacağına əminliyini ifadə edib. Layihələrin icrası nəticəsində Aİ ölkələrinin təcrübəsindən istifadə edilərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlar qəbul edilib, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Ramiz Həsənov bildirib ki, institusional islahatlar çərçivəsində Azərbaycan Prezidentinin bu ilin 10 fevral tarixli fərmanına əsasən komitə tərəfindən 4 publik hüquqi şəxs yaradılıb ki, bu da idarəetmənin beynəlxalq təcrübəyə uzlaşdırılması məqsədi daşıyıb.
SMPDK sədri hazırda icra olunan “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsinin nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatı ilə (EA) qarşılıqlı tanınma haqqında Sazişin imzalanacağına əminliyini ifadə edib. Bildirib ki, noyabr ayında Berlində keçiriləcək EA-nın Assambleyasında Azərbaycan Akkreditasiya Mərkəzinin quruma assosiativ üzvlüyü məsələsinə baxılacaq. Bütün bunlar Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması, məhsulların keyfiyyətini təsdiq edən sənədlərin, sertifikat və akkreditasiya prosedurlarının xarici ölkələrdə tanınmasının təmin edilməsi istiqamətində mühüm addımdır.
Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən təşkilatın ölkəmizdəki nümayəndəliyinin rəhbəri ölkəmizdə qeyri-neft ixrac potensialının artırılması istiqamətində həyata keçirilən sistem xarakterli islahatları yüksək qiymətləndirib. O bildirib ki, keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması məhz bu siyasətə xidmət edir. Səfir bu prosesdə bundan sonra da Aİ-nin yaxından iştirak edəcəyinə, lazımi dəstəyin veriləcəyinə əmin olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

