Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dövlət ən yüksək bazar qiymətləri ilə vətəndaşların əkdiyi buğdanı satın alacaq

Dövlət ən yüksək bazar qiymətləri ilə vətəndaşların əkdiyi buğdanı satın alacaq

06.08.2009 [01:43]

Bu qərar həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də birbaşa vətəndaşların, xüsusilə, regionlarda yaşayan insanların sosial həyatının yaxşılaşdırılmasına xidmət edir
Bu gün Azərbaycanda müşahidə olunan yüksək iqtisadi inkişafda həyata keçirilən uğurlu neft strategiyasının payı danılmazdır. Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə reallaşan neft layihələri ölkə büdcəsinə milyard dollarlarla vəsaitin daxil olmasını təmin edir. Lakin bu gəlirlərin ədalətli bölünməsi, əldə olunan vəsaitlərin digər sahələrin inkişafına yönəldilməsi də başlıca şərtdir ki, hökumətin bu istiqamətdə gördüyü işlərin nəticələri ortadadır. Təxminən bir ilə yaxındır ki, dünyanı ağuşuna alan qlobal iqtisadi böhranın hətta inkişaf etmiş ölkələrin belə iqtisadiyyatını iflic vəziyyətinə salmasına baxmayaraq, Azərbaycan iqtisadi inkişaf dinamikasını qoruyub saxlayır. Elə 2009-cu ilin iqtisadi göstəriciləri də bu reallığı ortaya qoyur. Belə ki, bu ilin birinci yarısında ölkəmizdə ümumi daxili məhsul 3,6 faiz artıb. Yeri gəlmişkən qeyd edək ki, MDB Statistika Komitəsinin hesablamaları göstərir ki, Azərbaycan bu göstəricisinə görə, post-sovet məkanında liderlərdəndir. Xüsusi olaraq vurğulanmalıdır ki, ötən 6 ayda Azərbaycan və özbəkistan istisna olmaqla, MDB məkanında yerləşən bütün dövlətlərdə üDM istehsalında geriləmələr baş verib. Azərbaycanda isə ardıcıl və planlı fəaliyyət ölkədəki inkişafı daha da sürətləndirir. O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf tendensiyasında qeyri-neft sektorunun payı ildən - ilə artmaqdadır. Təkcə bu ilin ilk 6 ayı ərzində bu sahədə artım 4,1 faiz təşkil edib ki, bu, Azərbaycanın inkişafının neft amilindən asılı olduğunu iddia edənlərə ən tutarlı cavabdır. Hökumətin bu sahəyə ciddi diqqət ayırması və gələcəyə yönəlmiş çox əhəmiyyətli layihələrin həyata keçirilməsi bu sektor üzrə inkişafın davamlı olacağını deməyə əsas verir.
Bildiyimiz kimi, kənd təsərrüfatı qeyri-neft sektorunda əsas sahələrdən birini təşkil edir. Təsadüfi deyil ki, ölkəmizdə məhz bu istiqamətdə sürətli artımın təmin olunması üçün hökumət çox mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul edib, proqramların icrasına başlanılıb. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfat sahəsində rekord göstəricilərə nail olunub. O cümlədən, kənd təsərrüfatında strateji məhsul hesab olunan taxıl istehsalında rekord göstərici əldə olunub. Əlavə edək ki, bu il Azərbaycanda 3 milyon ton taxıl istehsalı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaq.
Təbii ki, bütün bunlar sırf hökumətin gördüyü tədbirlərin məntiqi nəticəsi kimi qeyd olunmalıdır. Azərbaycan dövlətinin mütəmadi qaydada gördüyü işlərin, regional inkişaf proqramının, infrastruktur layihələrinin icrası, “Aqrolizinq”in yaradılması hesabına bu gün bu inkişaf tendensiyası müşahidə edilməkdədir.
Azərbaycan Prezidenti İlham Əliyev də əldə olunan uğurları atılmış praktik addımların nəticəsi kimi qiymətləndirərək deyib ki, kənd təsərrüfatının inkişafının intensivləşdirilməsi istiqamətində tədbirlər davam edəcək: “Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir. Bu barədə mən öz fikirlərimi deyəcəyəm. Ancaq çalışmalıyıq ki, kənd təsərrüfatımızın intensiv xarakter alan inkişafı bundan sonra da uğurla getsin. Biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Buna çatmaq üçün artıq az vaxt qalıb və öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır. Yəni bütün bunlar kompleks tədbirlər nəticəsində - ciddi düşünülmüş siyasət, maliyyə resursları, sahibkarlığın inkişafı, “Aqrolizinq”in yaradılması, subsidiyaların, kreditlərin verilməsi və əlbəttə ki, meliorasiya və suvarma tədbirlərinin gücləndirilməsi nəticəsində qısa müddət ərzində mümkün olmuşdur. Sovet dövründə Azərbaycan heç vaxt özünü ərzaq məhsulları ilə təmin etmirdi. Biz ərzaq təhlükəsizliyi məsələlərini, demək olar ki, bu il həll etmişik. Növbəti illərdə, sadəcə, əldə edilmiş uğurlar əsasında daha da geniş işlər aparılmalıdır. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Bölgələrdə böyük anbarların, soyuducu kombinatların tikintisi nəzərdə tutulur. Bu, həm sahibkarların öz vəsaiti hesabına olmalıdır, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış kreditlər hesabına bunu etməliyik”.
Dövlət başçısının da qeyd etdiyi kimi, hökumət ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görür. Bu mənada ölkədə istehsal olunun buğdanın yüksək bazar qiymətləri ilə vətəndaşlardan satın alınması böyük əhəmiyyət kəsb edən qərarlardandır. Məlum olduğu kimi, Fövqəladə Hallar Nazirliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın alınması barədə qərar qəbul edib. Qərarda, bir müddət əvvəl hökumətin açıqladığı kimi, fermerlərdən ən yüksək keyfiyyətli buğdanın alınması nəzərdə tutulub. Alqı prosesini nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi həyata keçirəcək. Yüksək keyfiyyətli buğdanın alınması barədə elanda qeyd edilir ki, müəyyənləşdirilmiş müəssisələr avqustun 5-dən sentyabrın 30-na qədər yerli istehsalçılardan bir tonu 180 manat olmaqla buğda qəbul edəcəklər. Bununla bağlı keyfiyyət göstəriciləri də acıqlanıb. Şərtlərə görə, dənin naturası, alaq otları qarışığı, dən qarışığı, nəmliliyi, yapışqanlılığı və keyfiyyəti, şüşəvariliyi müəyyən edilib. Eləcə də sürmə ilə, anbar ziyanvericiləri ilə yoluxan bitkilər də qəbuledilməz sayılır. Sonuncu şərtə görə isə bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən, ekoloji cəhətdən əlverişsiz təsərrüfatlarda becərilən məhsul da Dövlət Taxıl Fonduna qəbul edilməyəcək.
Sirr deyil ki, bir sıra hallarda, bazarda mövcud olan müəyyən monopolist qruplar özlərinin təyin etdikləri qiymətlərlə vətəndaşlardan bazara çıxardıqları məhsulu dəyər-dəyməzinə almağa çalışırdı. Hökumətin bu addımı həm də bazarda monopoliya yaratmaq istəyən qüvvələrə tutarlı zərbədir. Digər tərəfdən, bu qərar həm Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də birbaşa vətəndaşların, xüsusilə regionlarda yaşayan insanların sosial həyatının yaxşılaşdırılmasına xidmət edir.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1431 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30