Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / I rübdə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 142 milyon kilovat-saatı ötüb

I rübdə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 142 milyon kilovat-saatı ötüb

17.04.2026 [21:23]

Cari ilin 1-ci rübü ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 2,7 dəfə azalaraq 142,4 milyon kilovat-saat, idxalı isə 2 faiz azalaraq 35 milyon kilovat-saat olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rüb ərzində elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 6 milyard 76,8 milyon kilovat-saat (İES-lərdə 5 milyard 558,6 milyon kilovat-saat, SES-lərdə 508,1 milyon kilovat-saat, GES-lərdə 10,1 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kilovat-saat təşkil edib.

Paylaş:
Baxılıb: 378 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30