Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir

İrakli Kobaxidze: Gürcüstan Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir

18.04.2026 [23:19]

Gürcüstan Türkiyə ilə tərəfdaşlığını yüksək qiymətləndirir və bu ölkə ilə münasibətləri daha da dərinləşdirmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyəyə səfərinin nəticələri ilə bağlı söyləyib.

O bildirib ki, Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşdə ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikasına və birgə regional layihələrin roluna da diqqət yetirilib.

Xüsusilə, həm regionu və Avropanı birləşdirmək, həm də Avropanın enerji təhlükəsizliyini gücləndirmək baxımından Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi nəqliyyat dəhlizlərinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin Orta Dəhlizin potensialını və onun inkişafı ilə bağlı gələcək əməkdaşlığı müzakirə ediblər.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30