Şənbə üçün nəzm
18.04.2026 [08:33]
Sədaqət Kərimova
Vətən
Hər yurdun öz havası,
Hər elin öz avazı.
Hər quşun öz yuvası -
Ona deyilər vətən.
Şehdi o, çəndi o,
Canımızla təndi o.
Qibləgah axtarmayın,
Anamız vətəndi o.
Yüz dəfə deməklə can,
Kəsilməz yarada qan.
Sən onun oduna yan,
Onda öyünər vətən.
Yandırsan sobasını,
Hər kiçik obasının,
Öz bayram libasını
Onda geyinər vətən.
Uca tutaq adını,
İtirməyək dadını.
Hər igid övladının
Döyünən qəlbi - vətən.
Doğmalar
Kirpiyim qovuşmur, gözüm yumulmur,
Bir ağrı qəlbimi dağıdır, didir.
Bu dərdli halımı nə kimsə görür,
Nə də qəribliyim əl çəkib gedir.
Xətrimə toxundu bir doğmam mənim,
Qəlbimi sındırdı o, bilə-bilə.
Köksümə sağalmaz bir yara vurdu,
Üstündən duz basdı o, gülə-gülə.
Bu da bir qismətdi, doğmalarımdan
Mənə ömrüm boyu ağrılar çatır.
Sonra qərq oluram qəm dəryasına,
Fikirlər aylarla başımı qatır.
Özgədən elə bir xətər toxunmaz,
Özgə evmi yıxar, qəlbmi ağrıdar?
Çağırsam, hər ötən haraya yetər,
Nə könül dağlayar, nə göz ağladar.
Nələr çəkməmişəm yaxınlarımdan...
Bunu mən bilirəm, bir də yaradan.
Ağrını, acını unutmaq üçün
Dözümü bilmirəm alım haradan.
Özgələr adamı yandırıb yaxmaz,
Özgədən adama bir pislik gəlməz.
Doğmanın doğmaya elədiyini
Yüz düşmən yığılsa, eləyə bilməz.
Vaxtsız qonaq
Az istədim, çoxum getdi,
Nişan aldım, oxum getdi.
Gecələrdə yuxum getdi,
Bu sınaq nə sınaq imiş?
Yaz istədim, düşdüm qışa,
Ümidlərim dəydi daşa.
Qazandığım başdan-başa
Tənə imiş, qınaq imiş.
Bir ley idim, qıya düşdüm,
Heyif, səsə, küyə düşdüm.
Keçəmmədim, çaya düşdüm,
Demə körpü sınıq imiş.
Dost bildiyim yağı çıxdı,
Mahnı dedim, ağı çıxdı,
Bu dağ ürək dağı çıxdı,
Dərddən qalaq-qalaq imiş.
Yoxdur artıq ər sandığım,
Varım - böyük dərd sandığı.
Bu dünyada mərd sandığım
Demə vaxtsız qonaq imiş...
İgidlər
Dağların başında ərənlər yaşar,
Hay salıb hayqırar, sel olub daşar.
Qəlbləri bu yurda sevgidən coşar,
Bu eşqlə dolarlar yaşa igidlər.
Döyüşə gedəndə gülər igidlər,
Odlardan sıyrılıb gələr igidlər.
Vətənin qədrini bilər igidlər,
Qartaltək zirvədə ölər igidlər.
Bu eldə gözəllər sevərlər mərdi,
Hər ocaq başında hər oğul ərdi.
Vətənçün can vermək burda hünərdi,
Hər biri nər oğlu nərdi igidlər.
Dar gündə elinin dadına çatar,
Düşmənin bağrına ox olub batar.
Vətənə borcunu ruhuna qatar,
Qeyrəti çox uca tutar igidlər.
Yol ayrıcında
Tutulub göy üzü, duman tövşüyür,
Ağaclar yollara xəzan döşəyir.
Soyuqdan titrəyir, canım üşüyür,
Qalmışam küləklə yel ayrıcında.
Əsəndə üstümə bir qəmli nəsim,
Hanı məni duyub anlayan kəsim?
Mən kimdən inciyim, mən kimdən küsüm?
Qalmışam obayla el ayrıcında.
Deyəsən havalar ayaza gedir,
Saçımın qarası bəyaza gedir.
Ömrümün ümmanı dayaza gedir,
Qalmışam ay ilə il ayrıcında.
Dünya başdan-başa oyundur, gülüm,
Hər tora saldığın ovundur, gülüm.
Dərdliyəm, gəl məni ovundur, gülüm,
Qalmışam taleyin yol ayrıcında.
Nigaran
İndiki ağılla, indiki qəlblə
Yenidən dünyaya gəlsəydim əgər,
Bu yaşı bilinməz ömür evinə
Niyə gəldiyimi bilsəydim əgər,
Mən nələr etməzdim, nələr, ah nələr,
Mənasız günləri ömrümdən silər,
Ağrılar üstündən addımlayardım,
Xoşbəxt günlərimi salamlayardım.
Bu həyat adlanan zaman yolunu
Bir qədər səbrlə keçə bilsəydim,
Yalanı doğrudan, yaxşını pisdən,
İnsanı adamdan seçə bilsəydim,
Günlərim narahat keçməzdi belə...
Eh, bütün bunları mən bilə-bilə,
Səhvlər içində azıram bəzən,
Ayağım altında dağ olur düzən.
Yenidən dünyaya gəlsəydim əgər...
Görəsən mən kimə oxşardım onda?
Kimə könül verib könlünü alar,
Kimi əzizləyib oxşardım onda?
Yenidən dünyaya gəlsəydim əgər...
Dünya öz yerində olardı görən?
Bu həyat, bu ömür, bu qəm, bu sevinc
O vaxt da dünyada qalardı görən?
Qocalar tədbirli, yaşlılar həlim,
Cavanlar gözəllik, eşq həvəsində.
Uşaqlar çağlayan gur şəlalələr,
Körpələr həyatın saf nəfəsində.
Adicə qayğılar, adicə günlər,
Görüşlər, vidalar, bəzən gileylər
Olacaq görəsən o vaxt dünyada?
Qalacaq görəsən o vaxt dünyada?
Yaxşı da, yaman da həmişə qoşa,
Sevgi, nifrət ilə girib yarışa.
Xeyir-şər elə bil verib baş-başa
Bu qoca dünyada, ulu dünyada.
Yenidən dünyaya gəlmək istəyim?
O zaman dünyadan nələr istəyim?
Elə bil az imiş dünyanın dərdi,
Elə bil bizim tək gəldi-gedərdi.
Div kimi şüşəyə salınıb canı,
Düymələr izləyir indi cahanı.
Bəşər övladının nədir niyyəti?
Niyə hədələyir bəşəriyyəti?
Dünya fikirlərin məngənəsində,
Ürəklər narahat, gözlər nigaran.
İntizar içində, qorxu içində
Hər yeni səhəri gözlər nigaran.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

