Rusiya-Ukrayna müharibəsi ikinci planda...
18.04.2026 [10:18]
Yaxın Şərq vəziyyəti necə dəyişdi?
Yaxın Şərqdə davam edən ziddiyyətlər və münaqişələr nəticəsində Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı aparılan danışıqlar arxa plana keçib. Çünki hazırda ABŞ-ın İran probleminin həllinə fokuslanması Ukrayna müharibəsinə diqqət ayrılmasını mümkünsüz edir. Xatırladaq ki, Donalp Tramp yenidən hakimiyyətə gəldikdən sonra bu müharibəni həll edəcəyini vəd etmişdi. Tramp bunun üçün diplomatik fəallığı artıraraq tərəflər arasında vasitəçilik edib. Belə ki, Vaşinqtonun təşəbbüsü ilə Rusiya və Ukrayna nümayəndələrinin dəfələrlə görüşü keçirilib.
Sonuncu görüş...
Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli danışıqların birinci mərhələsi yanvarın 23-24-də, ikinci raundu isə fevralın 4-5-də Əbu-Dabidə keçirilib. Münaqişənin həllinə dair üçtərəfli danışıqların sonuncu - üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə baş tutmuşdu. Birinci gün məsləhətləşmələr təxminən altı saat davam edib və Rusiya ilə ABŞ və Rusiya ilə Ukrayna arasında ikitərəfli əlaqələri, eləcə də mənbələrin gərgin adlandırdığı üçtərəfli müzakirələri əhatə edib. RF nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq ediblər. Amerika tərəfini isə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və digər vasitəçilər təmsil ediblər. Danışıqların ikinci günü Əbu-Dabidə keçirilən əvvəlki raundlarla müqayisədə daha geniş məsələlərin müzakirəsinə həsr olunub.
Proses iştirakçılarının sözlərinə görə, tərəflər humanitar məsələləri, təhlükəsizlik zəmanətlərini, mümkün həllin siyasi parametrlərini, eləcə də bir sıra ərazi və iqtisadi aspektləri müzakirə ediblər. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Vaşinqtonun səyləri sayəsində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib. Tərəflər liderlərinə məlumat vermək və razılaşma üzərində işləməyə davam etmək barədə razılığa gəliblər. Bir sıra Qərb mediası isə danışıqlar prosesini mürəkkəb və mübahisəli hesab edib. Almaniya, Fransa, Böyük Britaniya və İtaliyadan olan nümayəndələr də Cenevrədə ayrıca məsləhətləşmələr aparıblar, lakin əsas danışıqlar formatına daxil edilməyiblər.
Tramp: Hazırda biz daha çox İrana fokuslanmışıq
Növbəti üçtərəfli görüşün fevralın 26-da keçirilməsi qərara alınsa da, sonradan martın əvvəlinə kimi təxirə salınmışdı. Lakin bu da baş vermədi. ABŞ-ın İranla müharibəyə başlaması danışıqlar prosesinin gələcəyini sual altına qoymuş oldu. Bugünlərdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff Senatın kəşfiyyat komitəsindəki dinləmələr zamanı “ABŞ İrandakı eskalasiyaya baxmayaraq, Rusiya ilə qarşıdurma şəraitində Ukraynanı bundan sonra da dəstəkləmək niyyətindədir” desə də, reallıq ortadadır. Təsadüfi deyil ki, Kremlin sözçüsü Dmitri Peskov “İzvestiya” qəzetinə açıqlamasında Rusiya və Ukrayna arasında Birləşmiş Ştatların vasitəçi qismində iştirakı ilə üçtərəfli danışıqlar prosesinin dayandırıldığını bildirib. O deyib ki, Rusiya Prezidentinin xarici dövlətlərlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ikitərəfli Rusiya-Amerika qrupu formatında öz fəaliyyətini dayandırmayıb: “Kirill Dmitriyev işləməyə davam edir. Üçtərəfli qrup isə fasilə verib”.
Hazırda ABŞ-ın əsas diqqətinin İrana yönəlməsi rəsmi Kiyevi və onun müttəfiqlərini ciddi narahat edir. Ötən gün ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqton hazırda əsas diqqətini İrana yönəldib və Ukrayna məsələsi ikinci plandadır: “Ukrayna mövzusu irəliləyir. Ümid edirəm ki, onlar razılığa gələ biləcəklər. Amma hazırda biz daha çox İrana fokuslanmışıq və bu məsələnin necə başa çatdırılacağını düşünürük”. Ağ Ev rəhbərinin bu fikirləri Kiyev və onun Avropa müttəfiqlərinin narahatlığını daha da artırır. Ona görə də, Kiyev problemin beynəlxalq birliyin gündəmindən düşməməsinə çalışır.
Avropa İttifaqı (Aİ) da Ukrayna probleminin həllinin beynəlxalq gündəmdən çıxmamasının tərəfdarıdır. Ukraynadakı vəziyyətlə bağlı gələcək müzakirələrdən danışan Aİ-nin ali nümayəndəsi Kallas Yaxın Şərqə olan diqqətin Ukraynadakı vəziyyətdən yayındırmamasının vacibliyini vurğulayıb.
Ziddiyyətli yanaşmalar...
Tərəflərin razılığa gələ bilməməsinin əsas səbəblərindən biri odur ki, Rusiya Donbasın təslim edilməsini istəyir, Kiyev isə bunu rədd edir. “Reuters” agentliyinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, bu yaxınlarda Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-da Tramp administrasiyasının üzvləri ilə görüşlər keçirib. Tərəflərin Rusiya ilə Ukrayna arasında potensial sülh müqaviləsini, eləcə də Rusiya-Amerika iqtisadi əməkdaşlığını müzakirə etdiyi bildirilir.
Bugünlərdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna nizamlaması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu və danışıqlar prosesinin başlanğıcından bəri Moskva ilə Kiyevin atəşkəs şərtləri ilə bağlı mövqelərinin xeyli yaxınlaşdığını söyləməsi də təsadüfi deyil. “Biz əhəmiyyətli irəliləyiş əldə etmişik. Əvvəlcə Rusiya və Ukraynanı münaqişəyə son qoymaq üçün heç olmasa nə istədiklərini ifadə etməyə inandıra bilmirdik. İndi buna nail olmuşuq. Ukrayna və Rusiyadan yazılı bəyanatlar almışıq, zaman keçdikcə onların mövqeləri daha da yaxınlaşır”, - deyən Vensin sözlərinə görə, tərəflərin mövqeləri hələ tam uyğunlaşmasa da o, danışıqların perspektivinə nikbin baxır. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Moskvanın üçtərəfli danışıqların bərpa olunmasını yubatmayacağını bəyan edib. Lakin bütün bunlara rəğmən danışıqlar prosesinin nə zaman bərpa olunacağı bəlli deyil. Əsas səbəb isə Tramp administrasiyasının diqqətinin İran böhranın həllinə yönəlməsidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05

