Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artıracaq

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını artıracaq

30.07.2009 [09:51]

Prezident İlham Əliyev: Bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox
gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur
ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatların bu gün Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında və əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rol oynayır. Beynəlxalq iqtisadi münasibətlərə və hüquqi normalara cavab verən irimiqyaslı, xalqın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıllıqla həyata keçirilməsi ölkəmizin qüdrətini artırır və imicini daha da möhkəmləndirir, perspektiv inkişafa, xalqın maddi rifahının durmadan yaxşılaşdırılmasına əlverişli şərait yaradır. ölkə başçısının rəhbərliyi ilə görülən məqsədyönlü tədbirlər dünyada baş verən qlobal böhran şəraitində iqtisadiyyatımızın digər sahələrində olduğu kimi, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının da artımına imkan verib.
Kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, əsasən dənli, dənli-paxlalıların, xüsusilə də buğdanın istehsalına diqqət artırılıb, əkilmiş sahələrin ümumi əkin sahəsinə görə xüsusi çəkisi artaraq, 2000-ci ildəki 51,7 faizdən 2008-ci ildə 81 faizə çatıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımların, texnika və gübrə alınmasına edilən güzəştlərin nəticəsində 2009-cu ildə taxıl əkinlərinin sahəsi daha 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılıb, o cümlədən, buğdanın əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil edib.
Cari ilin iyul ayının 20-nə olan vəziyyətə görə, 976 min 474 hektar və ya ümumi sahənin 89 faizi biçilib və 2 milyon 557 min 33 ton məhsul yığılıb. Həmin tarixə buğda əkinlərinin 713 min 532 hektarı və ya 88 faizi biçilib və 1 milyon 918 min 673 ton məhsul istehsal edilib.
Qarğıdalı da daxil olmaqla, 2009-cu ildə taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən, buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, 2008-ci ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcək.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamla yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi və aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı kənd təsərrüfatında dönüş yaradıb. Torpaq mülkiyyətçilərinə məxsus maşın-traktor parkında “Aqrolizinq” ASC-nin 55 aqroservis filialı və 105 mexanikləşdirilmiş dəstəsi tərəfindən texniki xidmət, təmir və nizamlama işləri görülür, onlardan səmərəli istifadə üsulları öyrədilir, tövsiyələr verilir. Bunun nəticəsində respublikada maşın-traktor parkından istifadə xeyli yüksəlib. Fəaliyyətə başladığı 2005-ci ildən “Aqrolizinq” ASC tərəfindən 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib. Dövlət başçısı İlham Əliyev cari ilin ilk 6 ayının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi konkret proqramların, layihələrin həyata keçirilməsinin nəticəsidir: “Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir. Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaq. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir. Nəyin hesabına biz buna nail ola bilmişik? Mütəmadi qaydada görülən işlər, konkret proqramlar, regional inkişaf proqramının, infrastruktur layihələrinin icrası, “Aqrolizinq”in yaradılması hesabına. “Aqrolizinq” xətti ilə nə qədər texnika, kombayn, traktorlar alınıb, digər lazımi məsələlər həll olunubdur. Əgər biz “Aqrolizinq”i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər? “Aqrolizinq”in yaradılması, deyə bilərəm ki, kənd təsərrüfatının inkişafında ciddi dönüş etdi. Ondan sonra əlavə tədbirlərin görülməsi nəticəsində, subsidiyaların verilməsi nəticəsində biz əkin sahələrini böyük dərəcədə genişləndirə bilmişik. Gübrənin alınması, yanacağın, toxumların alınması - bütün bunlar Azərbaycan dövləti tərəfindən həll olunan məsələlərdir. Bundan sonra biz çalışmalıyıq ki, kənd təsərrüfatımız daha çox intensiv inkişaf etsin. Əkin sahələrinin genişlənməsi prosesi, əlbəttə ki, çox müsbət haldır və bunu etmək üçün ciddi meliorasiya tədbirləri görülür və görüləcəkdir. Bu barədə mən öz fikirlərimi deyəcəyəm. Ancaq çalışmalıyıq ki, kənd təsərrüfatımızın intensiv xarakter alan inkişafı bundan sonra da uğurla getsin”.
Qeyd edək ki, cari il iyulun 1-nə olan məlumata görə, 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün və s. əkilib. İndiyədək 260 min ton kartof, 271 min 300 ton tərəvəz, 69 min 300 ton meyvə, 12 min ton bostan məhsulları, 24 ton tütün, 259 ton yaşıl çay yarpağı yığılıb. Məhsul yığımı davam etdirilir.
Aqrar sahənin inkişafına yönəldilən dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hərtərəfli əlverişli şərait yaradılıb, torpaq istifadəçilərinə mexanikləşdirilən istehsalat xidmətlərinin həcmi və növü genişləndirilib, kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılıb.
İnsan sağlamlığının qorunması və onların bioloji tələbatının fasiləsiz olaraq ödənilməsi üçün kənd əməkçiləri tərəfindən istehsal edilən məhsulların, əsasən kartof, meyvə, tərəvəz və bostan məhsullarının saxlanılması, çeşidlənməsi, qablaşdırılması, daşınması və ticarət şəbəkələrinin fasiləsiz olaraq həmin məhsullarla təchiz edilməsi olduqca böyük iqtisadi və sosial əhəmiyyət kəsb edir. Aparılan monitorinqlərin təhlili göstərir ki, bu məhsullar istehlakçılara çatanadək normadan xeyli artıq itkiyə məruz qalır. Respublikada ərzaq məhsullarının, xüsusilə meyvə-tərəvəz və kartofun istehsal həcminin əhalinin tələbatından təxminən 2 dəfə artıq olması bu məhsulların tədarükü, saxlanması və satışının təşkilinin dövlət tərəfindən dəstəklənməsinə ehtiyac yaradıb. Bu, əhalinin ilboyu təzə meyvə-tərəvəzlə təmin olunması ilə yanaşı, qiymətlərin tənzimlənməsini həll edə bilər.
Prezident İlham Əliyev sözügedən müşavirədə ölkənin ərzaq məhsulları ilə tam təmin edilməsi istiqamətində bir çox göstərişlər də verib: “Biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. Buna çatmaq üçün artıq az vaxt qalıb və öz ixrac potensialımızı daha da böyük dərəcədə realizə etməliyik. Nəzərə almalıyıq ki, bizim ətrafımızda kifayət qədər böyük istehlak bazarları var və qonşu ölkələrlə Azərbaycanın çox gözəl, işgüzar münasibətləri var, bütün qonşu bazarlar bizim üçün açıqdır, məhsulumuz həmin bazarlara sərbəst şəkildə daxil olur. Azərbaycanda nə qədər çox emal müəssisələri yaranarsa, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı da bir o qədər çox artacaqdır. Yəni bütün bunlar kompleks tədbirlər nəticəsində - ciddi düşünülmüş siyasət, maliyyə resursları, sahibkarlığın inkişafı, “Aqrolizinq”in yaradılması, subsidiyaların, kreditlərin verilməsi və əlbəttə ki, meliorasiya və suvarma tədbirlərinin gücləndirilməsi nəticəsində qısa müddət ərzində mümkün olmuşdur. Sovet dövründə Azərbaycan heç vaxt özünü ərzaq məhsulları ilə təmin etmirdi. Biz ərzaq təhlükəsizliyi məsələlərini, demək olar ki, bu il həll etmişik. Növbəti illərdə, sadəcə, əldə edilmiş uğurlar əsasında daha da geniş işlər aparılmalıdır. Bu məqsədlə əlavə tədbirlər görüləcəkdir. Bölgələrdə böyük anbarların, soyuducu kombinatların tikintisi nəzərdə tutulur. Bu, həm sahibkarların öz vəsaiti hesabına olmalıdır, eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış kreditlər hesabına bunu etməliyik”.
Həmçinin, respublikada heyvandarlıq sahəsi də dinamik inkişafdadır. “Damazlıq haqqında”, “Atçılıq haqqında” qanunların qəbul edilməsi heyvandarlıq sahəsinin inkişafının hüquqi bazasını yaradıb. Heyvandarlıq məhsullarının artırılması və bu sahənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, 3 milyon manat dəyərində 770 baş simmental, şvis və holştin-friz cinslərindən olan damazlıq heyvan alınaraq, 31 rayonda heyvandarlıqla məşğul olan şəxslərə güzəştli şərtlərlə satılıb. Hazırda respublikada maldarlıq, qoyunçuluq və arıçılıq üzrə 142 özəl damazlıq təsərrüfatı fəaliyyət göstərir.
Zahid İLHAMOÄžLU


Paylaş:
Baxılıb: 1475 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30