Mükəmməl idarəetmə strategiyası
17.04.2026 [11:34]
Dövlət Neft Fondu suveren kapital bazarında mövqeyini möhkəmləndirir
Azərbaycanın Dövlət Neft Fondu (DNF) beynəlxalq suveren fondlarla əməkdaşlığı artıraraq öz kapital imkanlarını gücləndirməkdədir.
DNF Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumunun birgə təsis etdiyi Çin-ASEAN İnvestisiya Platformasında (CAIP) yer almaqla suveren fondlar ailəsində öz yerini daha da möhkəmləndirib.Eyni zamanda, bu platformaya qoşulmaqla, beynəlxalq miqyasda strateji tərəfdaşlığı gücləndirilməklə, beynəlxalq investisiya sektorunda yeni mərhələyə keçidi daha da sürətləndirib.
DNF-Çin-ASEAN İnvestisiya Platforması
DNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən birgə təsis olunan platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına xidmət edir. İlkin mərhələdə platforma çərçivəsində 520 milyon dollar həcmində vəsait formalaşdırılıb və gələcəkdə bu məbləğin 1 milyard dollara çatdırılması nəzərdə tutulur. Platformanın fəaliyyəti üç suveren fondun birgə idarəetmə mexanizminə əsaslanır və əsas məqsəd kapital axınlarının təşviqi ilə yanaşı, sənaye əməkdaşlığının daha da gücləndirilməsidir. Bu çərçivədə sənaye, səhiyyə, istehlak, texnologiya və biznes xidmətləri kimi sahələr üzrə yüksək potensiala malik investisiya imkanlarının dəyərləndirilməsi planlaşdırılır. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər də bu istiqamətdə yeni fürsətlərin yaranmasına zəmin yaradır.
Bu təşəbbüsün formalaşması isə əvvəlki illərdə atılmış addımların məntiqi davamıdır. Belə ki, 2025-ci ilin aprel ayında Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı DNF ilə Çin İnvestisiya Korporasiyası arasında imzalanmış anlaşma sənədi iki ölkənin suveren fondları arasında əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmin sənəd yalnız tərəfdaşlığın genişlənməsi üçün zəmin yaratmayıb, eyni zamanda, bilik və təcrübə mübadiləsini, eləcə də dayanıqlı investisiya yanaşmalarının formalaşdırılmasını təşviq edən strateji çərçivə rolunu oynayır. Beləliklə, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə birlikdə CAIP platformasına qoşulan DNF üçtərəfli əməkdaşlıq çərçivəsində yeni idarəçilik modeli formalaşdırmış olur.
CAIP platformasının üstünlükləri
Platforma yalnız maliyyə resurslarının cəlb edilməsi ilə məhdudlaşmır, həmçinin tərəfdaş fondlar arasında institusional təcrübə mübadiləsi, bilik paylaşımı və əlaqələrin genişləndirilməsi baxımından da mühüm rol oynayır. Bu yanaşma uzunmüddətli perspektivdə daha dayanıqlı və səmərəli investisiya mühitinin formalaşdırılmasına xidmət edir.
CAIP çərçivəsində ayrılan vəsaitlərin əsasən beynəlxalq nüfuza malik özəl kapital idarəçilərinin fondlarına yönəldilməsi planlaşdırılır. Bununla yanaşı, ASEAN regionunda fəaliyyətini genişləndirmək istəyən Çin şirkətləri, eləcə də Çin texnologiyası və təchizat imkanlarından yararlanmağa çalışan yerli şirkətlər üçün də əlavə imkanlar yaradılır.
DNF üçün bu platformada iştirak həm də investisiya strategiyasının mühüm tərkib hissəsidir. Fondun uzunmüddətli və şaxələndirilmiş portfel siyasətinə uyğun olaraq, Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanları genişlənir və yeni investisiya istiqamətləri formalaşır. Neft Fondu uzun müddətdir Çin bazarında aktiv fəaliyyət göstərir. Fond 2015-ci ildən etibarən bu ölkənin kapital bazarlarına investisiyalar yatırır və hazırda həmin yatırımlar ümumi portfelin təxminən 2,5 faizini təşkil edir ki, bu da təxminən 1,9 milyard dollara bərabərdir. İnvestisiyaların böyük hissəsi sabit gəlirli alətlərə yönəlsə də, bu investisiyalar arasında səhmlər, infrastruktur layihələri və daşınmaz əmlak kimi müxtəlif maliyyə aktivləri də yer alır. Hazırda Dövlət Neft Fondunun investisya portfelinin 2,2 milyard dolları Çinin maliyyə-investisiya sektorlarını əhatə edir ki, bu da suveren fondlar arasında münasibətlərin möhkəm etimada əsaslanmasının göstəricisidir.
Qlobal investisiya bazarlarında etibarlı tərəfdaş
Ümumiyyətlə aktivləri 75 milyard dollara çatan Azərbaycanın milli suveren institutu - DNF qlobal maliyyə bazarlarında fəal tərəfdaş kimi qəbul edilməkdədir. Dövlət Neft Fondu hazırda dünyanın ən nəhəng suveren fondları, kapital institutları ilə sıx əməkdaşlıq edir. Dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan ABŞ-ın “Brookfield Asset Management” və “Brookfield” şirkətləri ilə ilə yaxın əməkdaşlıq münasibətləri investisya nufuzunun göstəricisidir. Habelə Amerikanın “Neuberger Berman” şirkəti ilə səmərəli tərəfdaşlıq quran Dövlət Neft Fondunun müasir investisiya alətləri tətbiq etməsində “Neuberger Berman”in təcrübəsi mühüm əhəmiyyət kəsb edir.
DNF Avrozona, ABŞ, Asiya və digər qlobal bazarlarda öz investisiya siyasətini şaxələndirirək Azərbaycanın milli gəlirlərinin artmasında mühüm rol oynayır. Dünyada baş verən mürəkkəb geoiqtisadi proseslər fonunda təmkinli sərmayə siyasəti yürüdərək məcmu aktivlərini artırmaqdadır. Hazırda Fondun kapital porfelinin əhəmiyyətli hissəsi qlobal bazarlarda müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldilib.
“A2” reytinqi yüksək nüfuzu əks etdirir
Bütün bu amillər Fondun investisiya reytinqinin yüksəlməsinə də təsir edir. Beynəlxalq kredit agentlikləri “Standard & Poor’s” tərəfindən verilmiş “A” və “Fitch” - “Moody’s” tərəfindən verilmiş “A2” kredit reytinqi də bunu təsdiqləyir.
Göründüyü kimi, Fond təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir. Hazırda Dövlət Neft Fondu Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm təşkilat kimi yeni çağırışlar əsasında maliyyə-investisiya uğurlarını davam etdirməkdədir.
Beləliklə, Azərbaycanın milli suveren qurumu olan Dövlət Neft Fondu öz investisiya strategiyasını daha da təkmilləşdirərək neft və qaz gəlirlərindən əldə edilən vəsaitləri mükəmməl idarəetmə kursu sayəsində artırır və Azərbaycanın milli divident potensialını gücləndirir. Bu siyasət, həmçinin, DNF-in beynəlxalq maliyyə arxitekturasında strateji mövqeyinin daha da möhkəmlənməsinə, eləcə də qlobal iqtisadi proseslərdə daha fəal iştirakının təmin olunmasına xidmət edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

