“Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri”
23.09.2017 [10:47]
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri” mövzusunda seminar keçirilib.
ATMU-nun rektoru İlham Mədətov seminar iştirakçılarını salamlayaraq mövzunun əhəmiyyətini vurğulayıb, bu mövzunun müzakirəsinin təqdirəlayiq hal olduğunu qeyd edib.
Seminarda iqtisadçı-ekspert Vüqar Bayramov “Əsrin müqaviləsi” və onun Azərbaycan Respublikasının müasir həyatında əhəmiyyəti”, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlandırılması”, ATMU-nun İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev “Neft amili və onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi neft strategiyasının Azərbaycanın həyatında əvəzolunmaz rolundan, onun ölkənin ictimai həyatının müxtəlif sahələrinə əsaslı təsirindən danışılıb, neft strategiyasının müxtəlif aspektləri təhlil edilib. O da qeyd olunub ki, sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması bir daha təsdiq edir ki, ölkəmizin kifayət qədər neft ehtiyatları vardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində keçirilən seminarda qeyd olunub ki, müstəqillik dövründə ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası Azərbaycan dövlətinin müasir durumunun təmin edilməsində mühüm rol olnayıb. Bu gün dövlətimizin düzgün iqtisadi inkişaf kursu sayəsində Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verir. Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilməklə həm bölgədə, həm də dünya miqyasında öz sözünə və sanbalına malik bir dövlət kimi tanınmaqdadır.
Məruzələr ətrafında çıxışlarda mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, Azərbaycanın maraqlarının dünyada daha geniş dəstəklənməsi istiqamətində fəal iş aparılmasının vacibliyi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

