İlkin Vəliyev: “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi öz səmərəli nəticəsini verir
17.08.2017 [10:15]
“Vergi Məcəlləsində ilin əvvəlində edilən əlavə və dəyişikliklər, əsasən, vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot sisteminin şəffaflaşdırılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi yükünün azaldılması ilə bağlıdır. Bunlardan vergi yükünün azaldılması, o cümlədən vergi güzəşt və azadolmaları ilə bağlı dəyişikliklər xüsusi əhəmiyyətə malikdir. Məsələn, buğda unu və çörək istehsalı və satışı, eləcə də quş ətinin satışı 3 il müddətində ƏDV-dən azad edilib. Bu dəyişikliklər rəqabət mühiti yaratmaqla kənd təsərrüfatı məhsullarının idxalının azaldılmasına və ölkədə həmin məhsulların istehsalının artımına yönəlib. Bundan əlavə, indiyədək kənd təsərrüfatı məhsulları istehsalçılarının əlavə dəyər vergisindən azad edilməsinə baxmayaraq, pərakəndə qaydada satılarkən həmin məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi və bu da müəyyən qiymət artımına səbəb olurdu”.
Bunu vergilər nazirinin müavini İlkin Vəliyev “İş dünyamız” jurnalına müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq üçün ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti ilə məşğul olan sahibkarlar tərəfindən satışı zamanı ƏDV-yə yalnız həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərq, yəni ticarət əlavəsi cəlb olunur. Digər dəyişikliklərə görə, ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi ƏDV-dən 3 il müddətinə, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz azad edilib, banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilə qədər artırılıb. Bu dəyişikliklər sahibkarlıq və investisiya mühitinə müsbət təsir göstərəcək: “Məcəllədə əsas dəyişikliklərdən biri də topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi, elektron qaimə-fakturanın və digər uçot sənədlərinin tətbiqidir. Bu, nəticə etibarilə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsinə, vergidən yayınma hallarının aradan qaldırılmasına və uçot sistemində şəffaflığın artmasına şərait yaradır”.
Nazir müavini deyib ki, Vergi Məcəlləsinə könüllü vergi açıqlaması sisteminin tətbiqi ilə bağlı müddəalar beynəlxalq təcrübə nəzərə alınmaqla əlavə edilib. Müsahibəsində bu ilin əvvəlindən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunun əhəmiyyəti barədə sualı da cavablandıran İ.Vəliyev bildirib: “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi öz səmərəli nəticəsini verir. Belə ki, qanunun tətbiqi nəticəsində iqtisadiyyatın bütün sahələrində nağdsız ödənişlərin dövriyyəsinin artmasına, xərclərin şəffaflığının təmin edilməsinə, gəlirlərin, əmək haqlarının və digər ödənişlərin leqallaşmasına və digər iqtisadi göstəricilərin yüksəlməsinə şərait yaranıb. Bu isə vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanıb ödənilməsi, vergidən yayınma hallarının azalması və vergi sahəsində şəffaflığın artmasına səbəb olub. Konkret rəqəmlərə müraciət edək. Məsələn, cari ilin bitən dövrü ərzində mal, iş və xidmətlərin alınmasına görə nağd pul məxarici 62,6 faiz, ticarət müəssisələri üzrə 67,5 faiz, əməkhaqqı və digər ödənişlər üzrə 75,3 faiz azalıb. Qanunun gələcək tətbiqi qeyd etdiyim sahələrdə səmərəliliyin daha da artmasına imkan yaradacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

