/ / Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
27.05.2017 [11:15]
Mayın 26-da Belarus Respublikasında Azərbaycan Ticarət Evinin rəsmi açılışı çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Minskdə Belarus Nazirlər Şurası sədrinin müavini Vladimir Semaşko ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, nazir Şahin Mustafayev Azərbaycan ilə Belarus arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının rəsmi səfərlərinin, keçirilən görüşlərin xüsusi rolunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər, xarici şirkətlərin, o cümlədən Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün yaradılmış əlverişli şərait barədə məlumat verilib.
Qeyd edilib ki, ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahəyə aid olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Bildirilib ki, Bakıda Belarus istehsalı olan ərzaq məhsullarının satıldığı dörd mağaza fəaliyyət göstərir, həmçinin Gəncə avtomobil zavodu kənd təsərrüfatı texnikasının istehsalı sahəsində Belarus müəssisələri ilə sıx əməkdaşlıq edir.
Bununla belə, İKT, turizm, ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin təşkili, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında və aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
İqtisadiyyat naziri Belarusda Azərbaycan Ticarət Evinin açılmasının ticarət-iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.
Belarus Nazirlər Şurası Sədrinin müavini Vladimir Semaşko Azərbaycan ilə iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu, Belarus və Azərbaycan prezidentlərinin tapşırıqlarına uyğun olaraq hazırda istehsal sahəsində əməkdaşlığın miqyasının genişləndirilməsi üzrə tədbirlərin həyata keçirildiyini, qarşılıqlı investisiya layihələrinin sayının artdığını vurğulayıb, Azərbaycan Ticarət Evinin əməkdaşlığın inkişafında rolunu qeyd edib.
Görüşdə Azərbaycan-Belarus ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsi, ixracın artırılması, Belarusa ixrac olunan spirtli içkilər üçün lisenziya tələbində güzəşt edilməsi, Azərbaycan investisiyalı logistika mərkəzinin ərazisində gömrük məntəqəsinin yaradılması və s. məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

