“Azərbaycan mühasiblər forumu - 2017” keçirilib
11.04.2017 [10:01]
Aprelin 8-də Vergilər Nazirliyinin Tədris Mərkəzində “Azərbaycan mühasiblər forumu - 2017” keçirilib. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, forumda yerli və beynəlxalq audit və məsləhətçi şirkətləri, beynəlxalq maliyyə institutları, yerli dövlət qurumları və maliyyə təşkilatları, regional peşəkar mühasibatlıq təşkilatları, yerli və özəl şirkətlərin mühasibləri, habelə universitet və media nümayəndələri iştirak ediblər.
4 bölmədən ibarət olan forumun “Mühasibat uçotu sahəsində hüquqi baza və yeni çağırışlar” bölməsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin “Kommersiya təşkilatları üçün təklif olunan yeni hesablar planının və maliyyə hesabatı formalarının müasir tendensiyası - Mühasibat uçotu haqqında qanunda zəruri dəyişikliklər”, “Accounting&Financial Advisory” firmasının “Kiçik və orta şirkətlərdə mühasibatlığın mövcud problemləri və onların həlli yolları”, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin “Büdcədən maliyyələşən təşkilatlarda uçot və hesabatla bağlı mövcud əngəllər və onların aradan qaldırılması yolları” mövzusunda təqdimatları dinlənilib. Forumun ikinci bölümündə mühasibatlıq sahəsində təhsil və sertifikasiya məsələləri müzakirə olunub. “Mühasibat uçotunun sertifikasiyası üzrə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi məsələləri”, “Mühasibat uçotunun tədrisinin təkmilləşdirilməsində dövlətin rolu”, “Ali təhsil müəssisələrində mühasibatlıq üzrə tədrisin metodikası və təhsilin əyani vəsaitlərlə təmini problemləri” və “Özəl peşəkar təlimin uçotun inkişafında rolu” mövzularında çıxışlar forum iştirakçılarına təqdim olunub.
Forumun “Vergi islahatlarının uçota təsiri” bölümündə “2017-ci ildə Azərbaycan Respublikasının Vergi Məcəlləsində əlavə və dəyişikliklərin təqdimatı” və “Vergi qanunvericiliyindəki son dəyişikliklərin uçotda əks etdirilməsi yolları” mövzusunda məruzələr təqdim olunub. Bildirilib ki, Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi və hədəfi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır. Uçot sisteminin şəffaflaşdırılması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının müəyyən edilməsi, malların alqı-satqı prosesində hərəkət zənciri boyu sənədləşmənin aparılması, vergidən yayınma hallarının qarşısının alınması məsələlərini əhatə edir.
Forumun son bölümündə “Mühasibatlıqda İKT : Milli və beynəlxalq proqramların qarşılıqlı əlaqəsi” mövzusu müzakirə edilib və “Azərbaycanda mühasibatlığın təşkilində İKT-nin rolu və qarşıda duran problemlər” və “Milli proqramların təqdimatı” forum iştirakçılarının diqqətinə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

