/ / Azərbaycan Respublikası ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə saziş imzalayıb
Azərbaycan Respublikası ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə saziş imzalayıb
08.04.2017 [12:17]
Zaur Fətizadə: İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsini stimullaşdırır
“İqtisadiyyatın sürətli templə inkişaf etməsində xarici investisiyaların rolu çox əhəmiyyətlidir. Azərbaycan iqtisadiyyatında müqayisəli üstünlüklərin mövcudluğu, qeyri-neft sektorunun rolunun davamlı şəkildə genişlənməsi və istehlakın artması əcnəbi investorların nəzərindən qaçmır. Bu baxımdan, ikiqat vergitutma ilə bağlı sazişlərin imzalanması sözügedən prosesə mühüm bir təkandır. İkiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlərin ölkələr arasında hüquqi-iqtisadi müstəvidə də əhəmiyyəti olduqca böyükdür. Belə sazişlər ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verməklə və sazişi imzalamış ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açmaqla yanaşı, ölkələrin hüquqi prinsiplərə və investisiyaların müdafiəsinə sadiqliyini nümayiş etdirən böyük siyasi əhəmiyyətə də malikdir”.
Bunu Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə deyib. Onun sözlərinə görə, ikiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir. Bu, dövlətlərarası mal və xidmət ticarətinə, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətinə mənfi təsir etməklə, dövlətlərarası iqtisadi əlaqələrin inkişafına maneə törədir: “Təbii ki, sərmayədarlar digər dövlətdə investisiya qoyaraq kommersiya, sənaye, maliyyə və ya digər fəaliyyətlərlə məşğul olmağa başlamazdan və ya digər dövlətin hüquqi və fiziki şəxsləri ilə təsərrüfat əqdləri və əməliyyatlarına daxil olmazdan əvvəl eyni gəlirinin bu dövlətlərin hər ikisində vergiyə cəlb edilməyəcəyindən, onun üzərinə əlavə vergi yükünün düşməyəcəyindən və bütün bunların bazardakı mövqeyi və rəqabət qabiliyyətinə mənfi təsir etməyəcəyindən əmin olmağa çalışırlar. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş iki dövlət arasında iqtisadi əlaqələrin təməlini təşkil edən əsas beynəlxalq sənədlərdəndir və investorların diqqət yetirdiyi mühüm hüquqi elementdir. Bu cür sazişlər olmadığı halda isə hətta böyükhəcmli investisiya güzəştləri, stimullaşdırma tədbirlərinin əhəmiyyəti azalır. Çünki xarici investisiyalar üçün maksimum dərəcədə əlverişli şərait təmin edilsə belə, investor əldə etdiyi gəliri mənbə dövlətindən çıxararkən əlavə vergi ödəməli, öz ölkəsində isə təkrarən eyni gəlirdən vergi ödəməli olur. Buna görə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər xarici investisiyaların cəlb edilməsi üçün mühüm əhəmiyyət daşıyır”.
Qeyd edilib ki, Azərbaycan Respublikası tərəfindən digər dövlətlərlə imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərdə xaricdə ödənilmiş verginin nəzərə alınması metodu Vergi Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş çıxılma metoduna əsaslanır. Hazırda Azərbaycan Respublikası ikiqat vergitutmanın aradan qaldırılması haqqında 53 dövlətlə saziş imzalayıb: onlardan 49-u qüvvəyə minmişdir və tətbiq edilməkdədir. Bu sazişlər ölkəmizin bütün əsas iqtisadi və ticarət tərəfdaşlarını, o cümlədən Azərbaycanda əhəmiyyətli investisiyalara malik olan dövlətləri əhatə edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

