XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi qapılarını ziyarətçilərin üzünə açıb
07.04.2017 [10:03]
Aprelin 6-də Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. AITF Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən dəstəklənir.
Açılış mərasimində çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AITF sərgisinin artıq 16 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platforması kimi regionda lider olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan turizminin dünya ölkələrində daha geniş tanıdılması üçün böyük təbliğat işləri görülür. “Bizim Türkiyə, Rusiyada, ərəb və Avropa ölkələrində turizm üzrə təmsilçilərimiz fəaliyyət göstərir. Son illərdə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. 2016-cı ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min 783 nəfər olub. Bu, 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. Elektron viza sisteminin tətbiqi və “ASAN Viza” (www.evisa.gov.az) portalının istifadəyə verilməsi əhəmiyyətli rola malikdir. İndi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsilə 3 addımla (müraciət et, ödəniş et, e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilirlər. Bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır. Eyni zamanda, Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur”, - deyə Ə.Qarayev vurğulayır.
Cari ildə də Azərbaycana gələn turistlərin sayında artım olacağını söyləyən nazir bildirib ki, bunu deməyə 2017-ci ilin ilk 3 ayının statistikası əsas verir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə xarici turist səfərləri 25 faizdən çox artıb. Milli Turizm Təbliğat Bürosunun bu il Novruz bayramı ərəfəsində təşkil etdiyi Novruz festivalı həm yerli sakinlər, həm də xarici turistlərin marağına səbəb olub.
Əbülfəs Qarayev qeyd edib ki, dövlət başçısının 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür: “Ötən ilin sonundan Turizm Şurası fəaliyyətə başladı. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir”.
“AITF 2017” barədə fikirlərinə davam edən Əbülfəs Qarayev bildirib ki, sərgi ötən illərdə regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib. Bildirib ki, Azərbaycan xalqının qonaqpərvərlik və tolerantlıq ənənələri hər zaman ölkəmizə gələn hər bir turistin diqqətini cəlb edir. XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisinin də bu ənənələrin nümayişi üçün böyük imkanlar açdığını dilə gətirən nazir sərginin işinə uğurlar arzulayıb.
“İTE Group plc” şirkətinin icraçı direktoru Edvard Stroon çıxış edərək tədbirə qatılmasından məmnunluğunu ifadə edib, “AITF 2017” sərgisi haqqında ətraflı məlumat verib. Bildirib ki, sərginin iştirakçıları arasında turoperatorlar, milli turizm təşkilatları, hotel şəbəkələri, sanatoriyalar, müalicəvi və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var.
İcraçı direktor diqqətə çatdırıb ki, sərgidə 17 ölkə öz milli stendi ilə iştirak edir. O cümlədən milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən regional stendlər yer alır. Ümumilikdə, sərgiyə 272 şirkəti bir araya toplamaqla, 90-dan artıq müxtəlif xarici turizm istiqaməti təqdim olunur. Hər il sərgi iştirakçılarının tərkibinə həm Azərbaycanı, həm də xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Bu il ilk dəfə olaraq, Kolumbiya və Kuba Azərbaycandakı səfirliklərinin dəstəyi ilə sərgidə milli stendlə iştirak edir. Regional stendlər arasında Dağıstan (Rusiya), Kazan (Rusiya) və Odessa (Ukrayna) debüt edir. Sərgidə kurortlar, turizm şirkətləri, mehmanxana şəbəkələri və hava yollarının nümayəndələri milli və regional stendlərdə xidmət göstərəcəklər. Xarici eksponentlər arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debütant şirkətlər də yer alır.
Edvard Stroon vurğulayıb ki, sərgi stendlərində tibbi turizm və Bakıda keçiriləcək “Shopping Festival”ı barədə də ətraflı məlumat veriləcək.
Sərgi çərçivəsində ənənəvi olaraq, Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus”) sərgisi də start götürüb.
Sonra iştirakçılar AZƏRTAC-ın da stendinin yer aldığı sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi aprelin 8-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45

