İstanbulda XX Avrasiya İqtisadi Zirvə toplantısı başa çatıb
07.04.2017 [10:02]
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XX Avrasiya İqtisadi Zirvə toplantısı aprelin 6-da başa çatıb.
AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi Zirvə toplantısında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub.
Toplantı ikinci iş gününü “İslamla həmrəylik ruhu çərçivəsində təcavüzə və terrora qarşı dinlərin təsiri” və “İnsanlıq bir yol ayrıcında” mövzularında panellərlə davam etdirib.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin moderatorluğu ilə keçirilən birinci paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev, İstanbuldakı Fənər Rum Patriarxı birinci Varfolomey, İstanbul Küçükkuyu bələdiyyəsinin sədri Çingiz Balkan və başqaları çıxış ediblər.
Azərbaycanda həyata keçirilən dini siyasətin bütün istiqamətlərinin ədalət prinsipləri üzərində kökləndiyini diqqətə çatdıran Mübariz Qurbanlı son illər ayrı-ayrı ölkələrdə artan münaqişələrin və terror aktlarının acı nəticələrinə toxunub. O, təəssüflə qeyd edib ki, silahlı qarşıdurmalardan və insanlıq əleyhinə törədilən digər cinayətlərdən daha çox zərər çəkən İslam ölkələri və müsəlman xalqlarıdır. Erməni terrorizmindən ağır zərbələr alan Azərbaycan terrorizmin bütün formalarını kəskin şəkildə pisləyir və onunla mübarizədə qətiyyətli addımlar atılmasının tərəfdarıdır. Ölkəmizdə təşkil olunan beynəlxalq forumlarda və konfranslarda dünya birliyinə edilən çağırışların təsir imkanlarından danışan komitə sədri vurğulayıb ki, bütün bu proseslərin nəticəsi olaraq son illər Azərbaycan dünyanın fikir və düşüncə mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinin əhəmiyyətindən bəhs edən Mübariz Qurbanlı ölkəmizdə bütün dinləri təmsil edən insanların azad və rahat şəkildə ibadət etmələrinə, birgə yaşamasına və bərabərhüquqlu fəaliyyətinə göstərilən dövlət qayğısı barədə də danışıb.
Hacı Salman Musayev Azərbaycandakı dini bərabərlik, dinlər arasındakı mövcud nümunəvi münasibət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dostluq və qardaşlıq siyasətinin real nəticələrindən bəhs edib. O, İslam dini adı altında törədilən qeyri-insani hərəkətlərin yolverilməz olduğunu diqqətə çatdıraraq bildirib ki, bu hallardan istifadə edərək müsəlman aləminə qarşı qarayaxmaların, böhtan və şər xarakterli təhlükəli təbliğat kampaniyalarının qarşısı alınmalıdır. Bu proses dinlər və təriqətlər arasında düşmənçilik yaratmağa xidmət edən insanlığa qarşı davranışdır. O deyib ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Erməni terrorçuları uzun zaman kəsiyində xalqımıza qarşı ağır cinayətlər törədib. Buna baxmayaraq Azərbaycan bu bəşəri cinayətləri heç bir dinlə əlaqələndirmir.
Hər iki çıxışda diqqətə çatdırılıb ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın tələbidir. Azərbaycan Prezidentinin məhz zamanında qəbul etdiyi bu qərar sülhsevər dünya ictimaiyyəti, eləcə də müsəlman aləmi tərəfindən rəğbətlə qarşılandı.
“İnsanlıq bir yol ayrıcında” mövzusunda keçirilmiş paneldə Makedoniya Respublikasının Prezidenti Georgi İvanov, Albaniya Respublikasının Prezidenti Buyar Nişani, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Şimali Kiprin başçısı Mustafa Akıncı, Türkiyənin 9-cu Prezidenti Abdullah Gül, Xorvatiyanın keçmiş Prezidenti İvo Josipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və digərləri çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, dünyada sülhə, əmin-amanlığa, inkişafa və tərəqqiyə nail olmaq üçün mövcud münaqişələrə son qoyulmalı, terror aktlarının qarşısı alınmalı, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönməsi üçün münbit şərait yaradılmalıdır. Bunun üçün mövcud problemlərə, münaqişə və qarşıdurmalara səbəb olan məsələlər dialoqlar, danışıqlar və müzakirələr əsasında həll edilməlidir. Problemlərə beynəlxalq hüququn normalarından və gerçəkliklərdən kənar prizmadan yanaşmaq daha ciddi problemlərin ortaya çıxmasına gətirib çıxarır. Belə davam edərsə, bu məqam sülh və sabitliyin əngəllənməsinə təsir edən amil kimi bundan sonra da öz təhlükəsini saxlayacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

