İndiyədək Çexiya tərəfindən Azərbaycana əsas kapitala 1,3 milyard dollar investisiya yatırılıb
18.01.2017 [10:03]
Azərbaycanda çex kapitallı 19 şirkət fəaliyyət göstərir və indiyədək Çexiya tərəfindən ölkəmizə əsas kapitala 1,3 milyard dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 milyard manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 17-də Bakıda rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda deyib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Çexiya siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında səmimi dostluq münasibətlərini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Çexiya iş adamlarının iştirakı ilə belə tədbirlər hər il keçirilir və bu, sayca 7-ci işgüzar tədbirdir: “Bugünkü biznes-forumda çox sayda iş adamının iştirak etməsi əməkdaşlığın genişləndirilməsinə göstərilən maraqdan xəbər verir. Azərbaycanda çex kapitallı 19 şirkət fəaliyyət göstərir və indiyədək Çexiya tərəfindən ölkəmizə əsas kapitala 1,3 milyard dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 milyard manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var və Azərbaycan qeyri-neft sektoru sahəsində Çexiya ilə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır”.
Nazir Şahin Mustafayev biznes-forumun başlıca məqsədlərindən birinin məhz ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirəsi olduğunu qeyd edib, Azərbaycanın kənd təsərrüfatı (meyvə-tərəvəz, çay, fındıq və s.), şərab və şərabçılıq məhsullarının, sənaye məhsullarının Çexiyaya ixracı imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan iş adamlarının marağı olacağı təqdirdə Çexiyaya ixrac missiyası təşkil oluna bilər. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, turizm sahələrində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Qeyd edilib ki, çex şirkətləri Azərbaycandakı sənaye parklarında və aqroparklarda yaradılmış əlverişli imkanlardan yararlanmaqla, ölkəmizə investisiya yatıra, ölkəmizin nəqliyyat və tranzit imkanlarından istifadə edə bilərlər.
Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek ölkələrimizin strateji tərəfdaşlar olduğunu, əlaqələrimizin inkişaf etdiyini vurğulayıb. Çexiyanın iqtisadiyyatı və Azərbaycan-Çexiya iqtisadi əlaqələri barədə məlumat verən Yan Mladek qeyd edib ki, Azərbaycan Çexiyaya xam neft ixrac edir. Bununla belə, qeyri-neft sektoru sahəsində də ölkələrimiz əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Çexiyalı nazir ölkəsinin infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, enerji, texnologiyalar sahəsində Azərbaycanla əlaqələrinin inkişafına maraq göstərdiyini diqqətə çatdırıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Çexiya Ticarət və Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopust Çexiya şirkətlərinin fəaliyyəti barədə məlumat veriblər.
Biznes-forum iş adamları arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş biznes-forumda kənd təsərrüfatı, qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 160-dan çox iş adamı iştirak edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

