Sumqayıtda müasir metallurgiya kompleksinin inşasına dair saziş imzalanıb
21.12.2016 [09:52]
Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikintisinə dair saziş dekabrın 20-də Bakıda imzalanıb.
Sazişdə dəyəri 1 milyard 225 milyon avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaq. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək.
Sazişin imzalanması “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.
“Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbirdə sənaye sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bu sahənin şaxələndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü və 2016-cı ilin 11 ayı ərzində qeyri-neft sənayesinin 5 faiz artdığını qeyd edib.
Sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayan Şahin Mustafayev bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, yeni qanunvericilik bazasının formalaşdırıldığını, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatların davam etdirildiyini və təşviq mexanizmlərinin tətbiqinə başlanıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu ilin may ayından indiyədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin 50 faizi sənaye sahəsinə aiddir. Bu layihələr çərçivəsində yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.
Qeyri-neft sektorunun inkişafının dəstəklənməsinin zəruriliyini qeyd edən nazir Şahin Mustafayev sənaye parklarının və zonalarının, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, eləcə də Neftçala və Masallı sənaye zonalarında müasir tələblərə cavab verən sənaye müəssisələrinin təşkili üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda təkcə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) rezidentlər tərəfindən 9 müəssisə yaradılır və onların bir neçəsi 2017-ci ildə fəaliyyətə başlayacaq. “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” də SKSP-nın rezidentlərindəndir və hazırda sənaye parkında ferroərintilər zavodu inşa edir. Zavod 2018-ci ildə istifadəyə veriləcək.
Şahin Mustafayev Azərbaycanda metallurgiya sənayesinin tarixi ənənələrinin mövcud olduğunu, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, eləcə də “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”ndə bu sahənin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini vurğulayıb. Metallurgiya sənayesinin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində zəruri işlər görülür.
Şahin Mustafayev, həmçinin qeyd edib ki, Sumqayıtda tikiləcək investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi yeni iş yerlərinin açılmasında, bu sahədə idxaldan asılılığın azalmasında və ixracın genişləndirilməsində əhəmiyyətli olacaq. Tikinti işləri 3 ilə yekunlaşacaq. SKSP-də fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi yaradılacaq metallurgiya kompleks üçün də kadr hazırlaya bilər. Yeni tikiləcək kompleksdə istehsal olunacaq məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Bu məhsullar Azərbaycandakı tələbatı tam ödəyəcək.
İtaliyanın “Danieli” şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycanda əlverişli biznes mühitinin olduğunu, xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib, son zamanlar sahibkarlıq sahəsində aparılan islahatları yüksək qiymətləndirib. Gianpietro Benedetti metallurgiya kompleksi barədə məlumat verərək bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıtda 5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq. Klasterin yaranması Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti yeni nəsil texnologiyaları əsasında inşa ediləcək kompleksin unikal layihə olduğunu, xərclər və keyfiyyət baxımından səmərəliliyini qeyd edib.
“Baku Steel Company” MMC-nin baş direktorunun müavini Ramin Kərimov metallurgiya kompleksinə daxil olacaq zavodlar barədə təqdimatla çıxış edib. Ramin Kərimov, həmçinin təmsil etdiyi qurum barədə məlumat verərək istehsal gücü 1 milyon ton olan poladəritmə zavodunda müasir istehsal sahələrinin yaradıldığını və hazırda azkarbonlu poladdan yüksək keyfiyyətli metal məmulatlarının istehsal edildiyini diqqətə çatdırıb. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər ölkələrə ixrac edilir.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

