“Yaşıl dəhliz” layihəsi şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərəcək
15.12.2016 [10:13]
Dekabrın 14-də Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq qapı Günü” keçirilib. Tədbir BVD-nin vergi ödəyicilərinə xidmət mərkəzi ilə tanışlıqdan başlayıb. KİV nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verilib. Bildirilib ki, lazımi maddi texniki baza ilə təmin olunan mərkəz ötən il vergi ödəyicilərinin istifadəsinə verilib. Xidmət Mərkəzində vergi ödəyicilərinə mövcud vergilər, onların hesablanması və ödənilməsi qaydaları, ödəyicilərin və vergi orqanlarının hüquq və vəzifələri, qanunvericiliyin tətbiqi məsələləri, bəyannamələrin təqdim olunması müddətləri, vergi güzəştlərindən istifadə imkanları, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi xidmətləri göstərilir.
Sonra KİV nümayəndələri üçün şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə “Yaşıl dəhliz” prinsipi ilə göstəriləcək xidmətlərlə bağlı təqdimat keçirilib. Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov bildirib ki, görüşün məqsədi ictimaiyyəti Vergilər Nazirliyinin vergi sahəsində həyata keçirdiyi islahatların davamı olan yeni “Yaşıl dəhliz” layihəsi ilə tanış etməkdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində şəffaf vergi partnyorluğu prinsipi əsasında fəaliyyət göstərən vergi ödəyiciləri ilə aparılacaq işlərin, onlara göstəriləcək xidmətlərin müəyyən edilməsi üçün vergilər naziri Fazil Məmmədovun əmri ilə müvafiq qaydalar təsdiq edilib. Bu qaydalar şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin müəyyən edilməsi meyarlarını, onlara göstəriləcək xidmətləri və digər məsələlər üzrə prosedurları tənzimləyir. Bildirilib ki, vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir. Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar.
Partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, “Yaşıl dəhliz” prinsipi əsasında xidmət göstəriləcək. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur. Belə xidmətlərə videobağlantılar, çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün “dəyirmi masa”, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.
Ə.Məmmədovun sözlərinə görə, koordinasiya işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər. Partnyor vergi ödəyicilərinin siyahısı onların razılığı əsasında, mütəmadi olaraq açıqlanacaq. Bu, digər vergi ödəyiciləri üçün də nümunə olacaq və onlar intizamlı vergi ödəyicisi olmağın üstünlüklərini aydın şəkildə görə biləcəklər.
İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayının 400-dən çox olduğunu bildirən vergilər nazirinin müşaviri hazırda yerli vergi orqanlarında analoji qurumların yaradılması ilə bağlı təkliflər hazırlandığını və yaxın vaxtlarda həmin təkliflərin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.
Tədbirdə o da bildirilib ki, vergi orqanları şəffaf partnyorluq prinsipi əsasında fəaliyyət göstərən ödəyicilərə münasibətdə yaranan ziddiyyətli məqamları qarşılıqlı razılaşma yolu ilə həll etməyə çalışacaq, onların müraciətlərinə mövcud qanunvericilikdə müəyyən edilmiş müddətlərdən 3 dəfə tez baxılacaq.
Ə.Məmmədov qeyd edib ki, “Yaşıl dəhliz” layihəsinin uğurlu tətbiqi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, könüllü vergiyə əməletmənin artmasına və cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinə səbəb olacaq.
Tədbirin sonunda KİV nümayəndələri üçün brifinq keçirilib və onların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

