/ / İlkin Vəliyev: “Şəffaf vergi partnyorluğu” idarələrinin yaradılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır
İlkin Vəliyev: “Şəffaf vergi partnyorluğu” idarələrinin yaradılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır
09.12.2016 [09:34]
Xəbər verildiyi kimi, dekabr ayından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində “Şəffaf vergi partnyorluğu” idarələri fəaliyyətə başlayıb. Bəs bu idarələrin yaradılması hansı zərurətdən irəli gəlib? KİV-ə müsahibəsində həmin sualı cavablandıran vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri Azərbaycanda qeyri-neft sektorunun inkişafı, əlverişli biznes mühitinin yaradılması, ölkə iqtisadiyyatının lokomotivi hesab olunan sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsidir. Bu siyasətin tərkib hissəsi olan vergi siyasəti də sahibkarlığın inkişafının dəstəklənməsinə, biznesin və vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılmasına, bütövlükdə ölkədə vergi mədəniyyətinin formalaşmasına istiqamətlənib: “Ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur. Vergi sisteminin əsas subyektlərindən olan vergi ödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimada və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi ödənilməsindən könüllü ödənilməsinə keçidin əsas şərtlərindən biri hesab olunur. Könüllü əməletmə səviyyəsinin artırılması isə ilk növbədə vergi ödəyicilərinə geniş spektrli xidmətlərin formalaşdırılması, vergilərin hesablanması və ödənilməsi sisteminin sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır. Təsadüfi deyil ki, son illər Vergilər Nazirliyi könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 63-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizdən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır və müxtəlif vergilərdən asılı olaraq 75-85 faiz arasında dəyişir.
Vergilər Nazirliyinin könüllü əməletmə səviyyəsinin artırılması yönündə həyata keçirdiyi mühüm tədbirlərdən biri də vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisinə keçirilməsidir. Bu sahədə son illər əhəmiyyətli işlər görülüb. “Şəffaf vergi partnyorluğu” idarələrinin yaradılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır. Bu, ilk növbədə, intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq praktikada geniş yayılmış təcrübədir. İntizamlı vergi ödəyicilərinə xidmət vergi öhdəliyini yerinə yetirməyən, problemli ödəyicidən, əlbəttə ki, fərqlənməlidir”.
Nazir müavini bildirib ki, beynəlxalq təcrübədə bir qayda olaraq “Yaşıl dəhliz” məfhumundan şəffaflıq və sadələşdirmə simvolu kimi istifadə olunur. Yeni idarələrdə, sözün əsl mənasında, ayrıca “yaşıl dəhliz” yaradılacaq. “Şəffaf vergi partnyorluğu” idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

