/ / “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QCS və “Qazaxıstan Dəmir Yolları” SC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QCS və “Qazaxıstan Dəmir Yolları” SC arasında əməkdaşlıq müqaviləsi imzalanıb
07.12.2016 [09:44]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rauf Vəliyev “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin (SC) dəvəti ilə “Sənayeləşdirmə Günü” tədbirlərində iştirak etmək üçün Astanada səfərdə olub.
“Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayevlə görüş zamanı mühüm tədbirə dəvətinə görə təşəkkürünü bildirən Rauf Vəliyev son dövrlər Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi arasında ən qısa yolun ölkələrimizin ərazisindən keçməsi hər iki ölkəyə mövcud nəqliyyat potensialından daha səmərəli istifadəyə imkan verir. İstər Azərbaycanda, istərsə də Qazaxıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması üçün çox böyük işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, yaxınlarda inşası başa çatdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti, o cümlədən Qazaxıstanda dəmir yolları və limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası üçün böyük imkanlar yaradır.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Öz növbəsində “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev də Gəmiçiliklə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın nəzərdə tutulan layihələrin gerçəkləşdirilməsinə zəmin yaratdığını bildirib.
Danışıqlardan sonra Rauf Vəliyev və Kanat Alpısbayev iki qurum arasında strateji əməkdaşlıq və birgə müəssisənin yaradılmasına dair müqavilə imzalayıblar. Strateji əməkdaşlıq haqqında müqaviləyə əsasən tərəflər nəqliyyat sahəsində cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlb edilməsi, Azərbaycan və Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair iş planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə də gəmiqayırma, gəmi təmiri, yükaşırma və digər imkanlarından istifadə edilməsi, logistika və gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı inkişaf etdirmək üzrə razılığa gəliblər.
Qazaxıstana səfəri çərçivəsində Gəmiçiliyin sədri Rauf Vəliyev bu ölkənin Baş nazirinin birinci müavini Askar Maminlə də görüşüb. Görüş zamanı iki ölkə arasında birgə həyata keçirilən nəqliyyat layihələrindən danışılıb. Bildirilib ki, hər iki ölkə prezidentinin müxtəlif sahələrdə həyata keçirdiyi uğurlu əməkdaşlıq siyasəti münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edir. Tərəflər yaxın gələcəkdə reallaşması nəzərdə tutulan birgə nəqliyyat layihələri, bu layihələrin hər iki ölkənin iqtisadiyyatına verəcəyi töhfələr haqqında da müzakirələr aparıblar.
Sonra Gəmiçiliyin nümayəndə heyəti Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və digər dövlət rəsmilərinin iştirakı ilə keçirilən “Sənayeləşdirmə Günü” tədbirində iştirak edib. Telekörpü vasitəsilə tədbir iştirakçılarına Qazaxıstanda başa çatdırılan müxtəlif infrastruktur layihələri, o cümlədən “Almatı-Şu istiqamətində ikinci dəmir yolu xətti” və “Kurıkbərə kompleksi” təqdim edilib və istismara verilib.
Kurık limanında istismara verilən yeni bərə kompleksindən yüklərin vaqonlardan boşaldılmadan birbaşa bərələrə yüklənib Xəzəryanı ölkələrə, oradan isə Avropaya daşınması mümkün olacaq. Ümumi sahəsi 40 hektar olan bərə kompleksi ildə 4 milyon ton yükün aşırılmasına imkan yaradacaq. Kurık limanının əlverişli coğrafi mövqeyi, eyni zamanda, limanda suyun dərinliyinin böyük tutumlu gəmilərin yan alması üçün münasib olması gələcəkdə bu limandan ən müxtəlif təyinatlı yüklərin yola salınması və qəbuluna imkan verir. Bu kompleks Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə artan konteyner həcmlərinin qarşılanmasında mühüm rol oynayacaq. Buradan Azərbaycan istiqamətində səfərlər zamanı mövcud və yeni bərələrdən istifadə olunacaq.
Qeyd edək ki, bu günə kimi Qazaxıstan ərazisindən tranzit yükdaşımaları yalnız Aktau limanından həyata keçirilirdi. Aktau limanının yükaşırma imkanlarının məhdud olması və eyni zamanda, limanın coğrafi yerləşməsi, onun küləklərin birbaşa təsirinə məruz qalması yükdaşımalara mənfi təsir göstərirdi. Yeni Kurık bərə kompleksinin istismara verilməsi isə Xəzər dənizində yükdaşımanın həcminin artmasına səbəb olacaq. Kurık kompleksinin Bakı limanına daha yaxın məsafədə yerləşməsi yüklərin daha tez zaman kəsiyində ünvana çatmasına imkan yaradacaq.
Kurık limanından ilk yola salınan gəmilərdən biri Gəmiçiliyin “Şahdağ” gəmi-bərəsi olub. Əsaslı təmirdən bu yaxınlarda çıxan “Şahdağ” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda dəmir yolu vaqonları və sərnişin daşıyacaq.
Xatırladaq ki, Gəmiçilik Xəzərdə yeganə bərə operatoru kimi fəaliyyət göstərir və hazırda 13 gəmi-bərə Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalara cəlb olunub. Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi də donanmasında gəmi-bərələrin sayını artırmağa xüsusi önəm verir. Bu məqsədlə Gəmiçilik 2016-cı ilin oktyabr ayında daha 2 unikal Ro-Pax tipli gəmi-bərənin tikintisini Bakı gəmiqayırma zavodunda sifariş verib. Bununla da Şərq-Qərb və əks istiqamətdə artması gözlənilən yüklərin daşınması heç bir maneə olmadan həyata keçiriləcək. Bərələrin sayının artırılması həm də Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsi, ölkənin tranzit potensialının gücləndirilməsi üçün də çox böyük əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

