FES-in uçot stavkasını artırmaması Azərbaycanın valyuta bazarı üçün daha əlverişlidir
05.11.2016 [09:15]
Vüqar Bayramov: FES-in uçot stavkasını dəyişməməsi strateji məhsulların qiymətindəki azalma tendensiyasının dayanmasına səbəb olub
Xəbər verildiyi kimi, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iki gün davam edən iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyərək 0,25-0,5 faiz səviyyəsində saxlayıb. Xatırladaq ki, ötən il dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik rekord aşağı səviyyə ilə 0,25 faiz artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin bəhs olunan qərarı dünyanın nüfuzlu iqtisadi-maliyyə mərkəzlərində bir sıra debatlara yol açıb. Hazırda müasir çağırışlar fonunda qlobal iqtisadi inkişaf tendensiyalarını araşdıran mütəxəssislər FES-in qərarının dünyada gedən proseslərə, milli valyutaların kursuna göstərə biləcəyi dolayı və birbaşa təsirlərlə bağlı müxtəlif proqnozlar irəli sürürlər.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Federal Ehtiyatlar Sisteminin qərarının dünya bazarında dolların aparıcı valyutalara nisbətən yenidən ucuzlaşmasına səbəb olduğunu bildirib. “Əgər bir həftə öncə 1 avro 1.089 dollar idisə, hazırda bu rəqəm 1.112 dollaradək yüksəlib. Nəticədə, son günlərdə dollar avroya nisbətən 2 faizdən çox dəyər itirib. ABŞ dollarının digər əksər dönərli valyutalara nisbətən də ucuzlaşması qeydə alınıb”.
V.Bayramov FES-in məlum qərarından sonra qlobal məkanda bir sıra adekvat proseslərin getdiyinə diqqət çəkib. İqtisadçı-ekspert bildirib ki, FES-in uçot stavkasını dəyişməməsi strateji məhsulların qiymətindəki azalma tendensiyasının dayanmasına səbəb olub. Bu addımdan sonra dolların kəskin bahalaşmayacağı ilə bağlı proqnozlar investorların valyuta bazarlarındakı yatırımlarına təsir göstərib.
FES-in uçot stavkasının artırılmaması ilə bağlı məlum qərarının qlobal iqtisadi sistemin bir üzvü olan və aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edən Azərbaycan üçün də təsirləri istisna edilmir. V.Bayramovun qənaətinə görə, bu təsirlər müxtəlif formalarda ola bilər. “Əvvəla, əgər FES uçot stavkasını yüksəldərdisə, bu, inkişaf etməkdə olan ölkələrin milli valyutalarına təzyiqi artıra bilərdi və eləcə də strateji malların, o cümlədən enerji məhsullarının qiymətində daha hissedilən azalmalar ilə nəticələnərdi. Bu baxımdan, uçot stavkasının artırılmaması inkişaf etməkdə olan ölkələr üçün daha məqbul variant hesab edilir. İkincisi, FES-in müəyyənləşdirdiyi uçot stavkası bizim valyuta bazarımıza da öz psixoloji təsirini göstərir. Stavka artanda dollara tələbin daha da yüksəlməsi müşahidə edilir. Bu kontekstdə də FES-in uçot stavkasını artırmaması Azərbaycanın valyuta bazarı üçün daha əlverişlidir”, - deyə iqtisadçı-ekspert vurğulayıb.
V.Bayramov indiki qlobal çağırışlar fonunda ölkəmizin strateji məqsədlərinə də diqqət çəkib. O bildirib ki, bütövlükdə, FES-in qərarının dünya, o cümlədən də Azərbaycan iqtisadiyyatına təsirləri olsa da, ölkəmizdə əsas strateji hədəf qeyri-neft sektorunun dəstəklənməsi və inkişafı hesabına respublikaya daxil olan valyutanın həcminin artırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan, respublikamızda tətbiq edilən yeni iqtisadi model qlobal məkandakı dəyişikliklərin təsirlərinin minimuma endirilməsinə istiqamətlənərək Azərbaycanda diversifikasiyalı iqtisadiyyatın yaradılmasına gətirib çıxaracaqdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23

