/ / Arxangelsk vilayəti ilə aqrar sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub
Arxangelsk vilayəti ilə aqrar sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub
03.11.2016 [09:56]
Noyabrın 2-də kənd təsərrüfatı naziri Heydər Əsədov VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru İqor Orlov ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Arxangelsk vilayəti arasında aqrar sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının idxal və ixrac proseslərinin səmərəliliyinin artırılması görüşün əsas müzakirə mövzularından olub.
Ölkələrimiz arasında iqtisadi, siyasi, o cümlədən aqrar sahədə geniş əlaqələrin olduğunu deyən nazir Heydər Əsədov dövlətimizin başçısının iqtisadiyyatın prioritet sahəsi kimi kənd təsərrüfatının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayıb.
Qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışan Heydər Əsədov bildirib ki, noyabrın 1-də Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub. “Aqrar sahədə əməkdaşlığın genişləndirilməsinin başlıca istiqamətləri” adlı “dəyirmi masa”da hər iki ölkənin kənd təsərrüfatı sahəsində təcrübəsinə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalara və yeniliklərə, aqrar məhsulların keyfiyyətinin artırılmasına, ixracın genişləndirilməsinə, əməkdaşlığın inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb, logistikanın inkişafının hər iki tərəf üçün əhəmiyyəti vurğulanıb, kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmış Azərbaycan regionlarının potensialına dair təqdimatlar keçirilib.
Sonra nazir Azərbaycanın iqlim şəraitinin aqrar sektorun müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini qonağın nəzərinə çatdırıb.
Ölkəmizin ixrac potensialı barədə ətraflı məlumat verən Heydər Əsədov Azərbaycan ilə Rusiyanın Arxangelsk vilayəti arasında kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Vilayətin kənd təsərrüfatı məhsullarına olan tələbatının Azərbaycan məhsulları ilə vaxt və xərc itkisini azaltmaqla təmin olunmasının mümkünlüyü qubernatorun diqqətinə çatdırılıb. Heydər Əsədov Arxangelsk vilayətinin ehtiyac duyduğu kənd təsərrüfatı məhsullarının idxal və ixrac potensialı əsasında öncədən müəyyənləşdirilərək, vilayətin sahibkarlarının birbaşa sifarişi əsasında Azərbaycandan qarşı tərəfə ixrac olunmasını təklif edib.
Arxangelsk vilayətinin qubernatoru İqor Orlov nazir tərəfindən irəli sürülən təklifin təqdirəlayiq olduğunu bildirib.
Görüşün sonunda qeyd olunan məsələlərlə bağlı işçi qrupu səviyyəsində qarşılıqlı müzakirələrin aparılmasına dair ilkin razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

