Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının yeni tərkibdə ilk iclası keçirilib
19.10.2016 [10:09]
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclası DSK-nın sədri Tahir Budaqov açaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə iştirakçılara təbriklərini çatdırıb, müstəqil Azərbaycanın mükəmməl dövlətçilik strategiyasının banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Onun siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük tarixi inkişaf yolu keçdiyini vurğulayıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 2016-cı il tarixli 346 nömrəli qərarı ilə Statistika Şurasının tərkibinə dövlət orqanlarının, təhsil və elm müəssisələrinin, ictimai təşkilatların nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, özəl sektorun və medianın nümayəndələri də daxil edilib. T.Budaqov rəsmi statistikada istifadəçilərin tələblərinin maksimum dərəcədə nəzərə alınması və statistika sisteminin inkişafı ilə bağlı Statistika Şurası tərəfindən veriləcək məsləhətlərin xüsusi önəm daşıyacağına əmin olduğunu bildirib.
Sonra Dövlət Statistika Komitəsi Aparatının əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyevin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi”, statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyevin “2017-ci il üçün statistik işlər proqramı” mövzusunda çıxışları dinlənilib.
İclasda bildirilib ki, Azərbaycan Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanından irəli gələn vəzifələrlə bağlı DSK tərəfindən kompleks tədbirlər həyata keçirilir. Müzakirə zamanı şura üzvləri bu tədbirin əhəmiyyəti, siyahıyaalmada inzibati mənbələrdən istifadə olunması, əhali arasında maarifləndirmə işləri və bununla əlaqədar KİV-lərin, sosial şəbəkələrin, qeyri-hökumət təşkilatlarının imkanlarından daha geniş istifadə edilməsi, məlumatların dəqiqliyinin təmin olunması məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi məsələlərinə dair rəy və təkliflərini bildiriblər.
2017-ci il üçün statistik işlər proqramı haqqında şura üzvlərinə məlumat verilərək bildirilib ki, rəsmi statistika məlumatlarının istehsalını həyata keçirən müvafiq icra hakimiyyəti orqanları, digər dövlət orqanları tərəfindən rəsmi statistika metodologiyası əsasında sosial, iqtisadi, demoqrafik və ekoloji məlumatların toplanması, işlənməsi və yekunlaşdırılması üçün illik dövrilikdə tərtib edilən proqramın mühüm əhəmiyyəti var. Qeyd edilib ki, proqramda ölkə iqtisadiyyatının inkişafını hərtərəfli əks etdirən və makroiqtisadi göstəricilərin beynəlxalq səviyyədə müqayisəliliyini təmin edən milli hesablar sisteminə dair məlumatların hazırlanması; əhalinin təbii hərəkəti, miqrasiyası və əhali sayının tərkibi ilə bağlı cari göstəricilərin hesablanması; təhsil, elm, mədəniyyət və hüquqpozmalar, əhalinin həyat səviyyəsi və yaşayış şəraiti, sənaye, tikinti, kənd təsərrüfatı, energetika, ticarət, xidmət və s. sahələr üzrə statistik məlumatların əldə edilməsi, məlumatların keyfiyyətinin yüksəldilməsi və respondentlərin üzərinə düşən statistik yükün azaldılması, keyfiyyətin idarə edilməsi və statistik metaməlumatlar üzrə sistemlərin və statistik vahidlərin dövlət reyestrinin təkmilləşdirilməsi ilə bağlı vəzifələr qarşıya qoyulub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

