/ / BMT Avropa İqtisadi Komissiyasının tədbirində Bakıda keçiriləcək “Dayanıqlı İnkişaf üçün Enerji” Forumuna hazırlıq müzakirə olunub
BMT Avropa İqtisadi Komissiyasının tədbirində Bakıda keçiriləcək “Dayanıqlı İnkişaf üçün Enerji” Forumuna hazırlıq müzakirə olunub
01.10.2016 [12:03]
İsveçrənin Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının (AİK) Dayanıqlı Enerji Komitəsinin 25-ci sessiyası keçirilir. Sessiyanın əsas məqsədi Enerji ilə bağlı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və “Paris iqlim sazişi”ndən irəli gələn dayanıqlı və ekoloji təmiz enerjidən istifadəni asanlaşdırmaq, ətraf mühitə buraxılan istixana qazlarının miqdarının azaldılması istiqamətində beynəlxalq siyasi dialoq və hökumətlərarası əməkdaşlığın gücləndirilməsi, dövlətlərin bu sahədə səylərini artırması üzrə fəaliyyətlərin təhlil edilməsi, həmçinin bərpa olunan enerji və enerji səmərəliliyinin istifadəsi üçün DİM-ə nail olunmasına birbaşa və dolayı yolla köməklik göstərməkdir.
Azərbaycan Respublikasi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 28-də keçirilən 25-ci sessiyanın açılışına Dövlət Agentliyi sədrinin energetika məsələləri üzrə müşaviri, BMT AİK-in Davamlı Enerji Komitəsi Bürosunda sədr müavini, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) və Abu Dabi İnkişaf Fondunun (ADFD) Mütəxəssislər Panelinin üzvü Nəzir Ramazanov sədrlik edib.
Sessiyanın gündəliyində həmçinin, oktyabrın 18-21-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan hökuməti və BMT AİK tərəfindən keçiriləcək “Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci Beynəlxalq Forumu, eləcə də 2017-ci il iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq “Dayanıqlı İnkişaf üçün Enerji” 8-ci Beynəlxalq Forumu və Enerji Nazirlərinin görüşü ilə bağlı hazırlıq və bu tədbirlərdə qəbul ediləcək sənədlərin müzakirəsi xüsusi yer tutur. 25-ci sessiyasının gündəliyə çıxardığı məsələlər Bakıda keçiriləcək 7-ci Beynəlxalq Forum çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, “Paris İqlim sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm mövzuların müzakirə olunmasına öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34

