Azərbaycan milli statistika sisteminin qlobal qiymətləndirilməsi (xarici audit) keçirilir
15.09.2016 [10:23]
Sentyabrın 12-16-da Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası milli statistika sisteminin qlobal qiymətləndirilməsi (xarici audit) keçiriləcək.
Sentyabrın 12-də Dövlət Statistika Komitəsində Qiymətləndirmə üzrə Beynəlxalq Qrupun üzvləri ilə görüş keçirilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, məqsəd statistika sahəsində inzibati və texniki potensialın, milli statistikanın beynəlxalq standartlara, Avropa statistikasının normalar məcəlləsinə uyğunluğunun auditi nəticəsində ölkənin rəsmi statistika sisteminin müasir səviyyəsinin qiymətləndirilməsidir. Statistika sisteminin qlobal qiymətləndirilməsi ölkənin rəsmi statistika sisteminin inkişaf səviyyəsinə dair dəqiq məlumatların əldə edilməsinə və inkişafına dair uzunmüddətli planlaşdırmanın yaxşılaşdırılmasında milli statistika orqanlarına yaxından kömək edəcək. Belə ki, milli statistika sistemində baş verən institusional dəyişikliklər, beynəlxalq və Avropa standartlarına uyğun olaraq rəsmi statistik məlumatların istehsalı və yayılması, keyfiyyət aspektləri və spesifik ehtiyacın qiymətləndirilməsi strateji planlaşdırma üçün əsas alətlərdən biri hesab olunur. Sonra Tahir Budaqovun Dövlət Statistika Komitəsinin koordinasiya və proqramlaşdırma mexanizmləri, habelə əlaqə (kommunikasiya) və məlumatların yayılması siyasəti də daxil olmaqla milli statistika sisteminin hüquqi, institusional və təşkilati strukturu ilə təqdimatı slaydlarla nümayiş olunub.
Avropa Statistika Bürosunun Statistik Əməkdaşlıq Bölməsinin rəhbəri Klaudiya Yunker və Qlobal qiymətləndirmə üzrə baş ekspert Gerry O’Hanlon qeyd ediblər ki, milli statistika sisteminin qlobal qiymətləndirilməsi Azərbaycan statistika sisteminə müsbət təsirini göstərəcək. Mövcud vəziyyətin auditi əsasında qiymətləndirmə qrupu tərəfindən statistikanın gələcək inkişafı məqsədilə tövsiyələr veriləcək. Qlobal qiymətləndirmənin əsas prinsipi könüllülükdür, bu, ölkənin rəsmi sorğusu əsasında həyata keçirilir. Qlobal qiymətləndirmənin vəzifələri isə ölkənin statistika sahəsində inzibati potensialının, statistika sisteminin texniki aspektlərinin və milli statistikanın beynəlxalq standartlara uyğunluğunun qiymətləndirilməsidir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
Beş gün davam edəcək qiymətləndirmə çərçivəsində qanunvericiliyin, milli statistika sisteminin strukturu və təşkilinin əsaslı təhlili: proqramların hazırlanması və koordinasiya, Dövlət Statistika Komitəsinin strukturu, təşkili, insan və maliyyə resurslarının, ümumi istehsal proseslərinin, yayılma/kommunikasiya, əsas istifadəçilərlə əlaqələrin əsaslı təhlili, tədiyyə balansı və xarici ticarət statistikası, qiymət statistikası, innovasiya və İKT statistikası, əmək bazarı və təhsil statistikası, milli hesablar, kənd təsərrüfatı statistikası, ətraf mühit və energetika statistikası, reyestr və təsnifatlar, struktur biznes statistikası, demoqrafiya, əhalinin siyahiyaalınması və səhiyyə statistikası, qısamüddətli statistika, həyat səviyyəsinin müayinəsi, İT infrastrukturunun əsaslı təhlili, heyətin inkişafı ilə bağlı təqdimatlar keçiriləcək. Qiymətləndirmə qrupunun proqramında Mərkəzi Bank, Maliyyə, İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Təhsil, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Gömrük Komitəsi, Ailə Qadın və Uşaq Problemləri Komitəsi, “Azərbaycan Dəmir Yolları” QSC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, DİN Baş Dövlət Yol Polisi İdarəsi, elmi cəmiyyətlər, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri ilə, habelə rəsmi statistikanın digər istehsalçıları ilə də görüşlər nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

