Bakıda Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçirilib
20.08.2016 [11:39]
Avqustun 19-da Bakıda Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Abid Şərifov iclasda çıxış edib. O qeyd edib ki, Azərbaycanla Çin arasında çoxillik dostluq əlaqələri qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanır. A.Şərifov 1994-cü ildə Çin Xalq Respublikasına səfər etmiş Ulu öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını xatırladaraq qeyd edib ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri və bu ilin iyununda Çin Xalq Respublikası Dövlət Şurası sədrinin birinci müavini Can Qaolinin Bakıya səfəri ölkələrimiz arasında münasibətlərə yeni təkan verib.
Abid Şərifov ölkənin iqtisadi göstəriciləri haqqında ətraflı məlumat verərək bildirib ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb. Bu vəsaitin yarısını xarici sərmayələr təşkil edir. Azərbaycanın əcnəbi sərmayədarlar üçün cəlbedici ölkə olduğunu vurğulayan Baş nazirin müavini ölkəmizdə gömrük və vergi sistemlərində həyata keçirilən islahatlardan söz açıb.
Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 5-ci iclasında qarşıya qoyulan vəzifələri xatırladan A.Şərifov bildirib ki, nəqliyyat, rabitə, yüksək texnologiyalar, kənd təsərrüfatı, humanitar sahələrdə əməkdaşlığın inkişafı həmin məsələlər sırasında olub. Azərbaycanda işləyən Çin şirkətlərinin fəaliyyətinə toxunan Baş nazirin müavini HUAWEI-nin yerli şirkətlərlə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
A.Şərifov nəqliyyat və logistika sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatmaq üzrə olduğunu xatırladaraq deyib: “Bu dəmir yolunun işə salınması ilə nəqliyyat dəhlizi açılacaq və bu dəhliz Çinin dəmir yollarını Avropa ilə daha qısa yolla birləşdirəcək. Bu, nəqliyyat daşımalarının səmərəliliyini və yükdaşımalarının həcmini artıracaq”.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev iclasda çıxış edərək deyib ki, SOCAR artıq 15 ildir Çin Milli Neft-Qaz Korporasiyası ilə əməkdaşlıq edir və bu korporasiyadan 500 milyon dollardan çox məbləğdə neft-kimya avadanlığı alıb. O, hər iki tərəfin əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirərək, bu ilin iyununda neft-qaz və neft-kimya sektorlarında əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında Memorandumun imzalandığını xatırladıb.
Azərbaycanla Çin arasında möhkəm müqavilə-hüquq bazasının mövcudluğunu qeyd edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib ki, bu istiqamətdə 66-dan çox sənəd imzalanıb və onların 22-si ticari-iqtisadi münasibətləri tənzimləyir. 2015-ci ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 560 milyon dolları ötüb, bu ilin 6 ayı ərzində isə 270 milyon dollardan çox olub. Azərbaycanda Çin kapitalı ilə 77 müəssisə işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Hökuməti və Çin Xalq Respublikasının Hökuməti arasında imzalanmış “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün böyük imkanlar yaradır. Nazir müavini Çin şirkətlərini xüsusən sənaye sahəsində daha fəal əməkdaşlığa dəvət edərək deyib ki, hazırda Çin şirkətləri 12 layihədə iştirak edir. Onların bu layihələrə yatırdıqları sərmayələrin həcmi 640 milyon dollardan çoxdur.
Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Çyan Kemin öz çıxışında Çin ilə Azərbaycanın yaxşı dost və tərəfdaş olduqlarını vurğulayaraq deyib: “İkitərəfli ticari-iqtisadi əlaqələr dinamik inkişaf edir, investisiyaların ümumi həcmi 420 milyon dollar təşkil edir”.
O, iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək bildirib ki, Çin Azərbaycana “İpək Yolu İqtisadi Kəməri” layihəsinin həyata keçirilməsində mühüm tərəfdaş kimi baxır. Çin dəmir yolunun inkişafına böyük əhəmiyyət verir və onu inkişaf etdirməyə hazırdır.
Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında yüksək texnologiyalar, kənd təsərrüfatı, hava nəqliyyatı, alternativ enerji, təhsil sahələrində qarşılıqlı fəaliyyət məsələləri də nəzərdən keçirilib, iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsinə dair konkret təkliflər irəli sürülüb.
Çin nümayəndə heyətinin tərkibinə dövlət strukturlarının təmsilçiləri və 20 Çin şirkətinin nümayəndələri daxildir.
İclasın yekunlarına əsasən Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı iclasının Protokolu imzalanıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

