Azərbaycan ilə Fransa arasında aqrar sektorda əməkdaşlıq məsələləri müzakirə edilib
13.08.2016 [10:19]
Avqustun 12-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin Fransanın ölkəmizdəki səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Herve Sarnelli ilə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və idxal-ixrac sertifikatları ilə bağlı məsələlər müzakirə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir müavini Fransa ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əlaqələrin yeni hüquqi müstəvidə inkişaf etdiyini diqqətə çatdırıb.
Azərbaycanın tarixən aqrar ölkə olduğunu vurğulayan İ.Quliyev son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib. Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətini qonağın nəzərinə çatdırıb.
“Əsas məqsədimiz ölkəmizdə daha məhsuldar cins mal-qara yetişdirməkdir. Bu məqsədlə respublikada Süni Mayalama Mərkəzi inşa olunur. Mərkəzin ən müasir avadanlıqlarla təchizatında fransız şirkətləri də iştirak edir. Kənd təsərrüfatı məhsullarının idxal-ixrac əməliyyatlarında baytarlıq və fitosanitar xidmətlərinin tam şəffaf və operativ həyata keçirilməsi təmin olunub. Tvininq layihəsi çərçivəsində Fransanın dəstəyinə çox önəm veririk. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Fransanın aqrar ali təhsil ocaqları arasında tələbə mübadiləsinin aparılması da vacib məsələdir. Gəncə şəhərində hər il ənənəvi olaraq keçirilən “Şərab festivalı”nda Fransa şirkətləri fəal iştirak edir. Belə münasibətlər əməkdaşlığın yüksək təzahürüdür. Toxumçuluq, üzümçülük sahələrində də əməkdaşlığın genişləndirilməsi, həmçinin bu sahələrdə birgə müəssisələrin yaradılması məqsədəuyğun olar”, - deyə nazir müavini qeyd edib.
Sonra prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.
Herve Sarnelli Fransa və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19

