Maliyyə Nazirliyində geniş kollegiya iclası keçirilib
23.07.2016 [10:20]
İyulun 22-də Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin verdiyi tapşırıqlara, 2017-ci il dövlət və icmal büdcə layihələrinin, sonrakı üç il üçün icmal büdcə göstəricilərinin müzakirəsinə və qarşıda duran digər vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs edib. Nazir qeyd edib ki, hazırda qlobal səviyyədə davam edən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda yaranmış yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə qazanılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, habelə idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində xarici təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimuma endirilib.
Bildirib ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətlər kimi sənaye istehsalını və kənd təsərrüfatının inkişafını önə çəkib, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, iqtisadi səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına dair hökumət qarşısında mühüm vəzifələr qoyub.
S.Şərifov deyib ki, bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 milyon manat daxilolma qeydə alınıb, xərclər 6821,5 milyon manat təşkil edib. Yaranmış 687,7 milyon manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb.
Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin 2016-cı ilin ilk yarısında da davam etdirildiyini vurğulayan nazir qeyd edib ki, yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər tam və vaxtında maliyyələşdirilib. Cari ilin ikinci yarısında da sosial müavinətlər, maaş, pensiya, təqaüd və digər bütün sosial ödənişlərin vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.
Kollegiya iclasında Maliyyə Nazirliyinin Apellyasiya Şurasının 2016-cı ilin birinci yarım ili üçün hesabatı dinlənilib. Maliyyə nazirinin müavini, Apellyasiya Şurasının sədri Azər Bayramov deyib ki, qısa müddət ərzində Maliyyə Nazirliyinin Apellyasiya Şurasının üzərinə qoyulmuş vəzifələrin icrası məqsədilə Şuranın təşkilati məsələləri həll edilib, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyəti effektiv şəkildə qurularaq sahibkarların müraciətlərinə baxılması işində səmərəlilik təmin edilib. Qeyd edib ki, cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub.
İclasda, həmçinin Maliyyə Nazirliyində struktur dəyişikliklərin aparılması tədbirləri və kollegiyanın yeni tərkibinin təsdiq edilməsi, “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin müvafiq qərarına dəyişikliklər, dövlət vəsaitinin təyinatdankənar istifadəsinə və büdcə təşkilatlarının fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

