İlin birinci yarısında Gəncədə 357,4 milyon manatlıq məhsul istehsal olunub
23.07.2016 [10:11]
Ötən altı ayda Gəncədə ümumi məhsul istehsalı 357,4 milyon manat olub. Bu göstərici keçən ilin müvafiq dövründəkindən 10,8 faiz, yəni 34,9 milyon manat çoxdur. Ümumi məhsul istehsalının 74,8 faizi qeyri-dövlət bölməsinin üzərinə düşüb. Nəticədə əhalinin pul gəlirləri 320,3 manatdan 327,3 manata yüksəlib. Hazırda Dövlət Proqramına uyğun olaraq mövcud istehsal sahələrinin inkişaf etdirilməsi, müasir, yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi, sənaye zonalarının təşkili işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev görülən işlərdən bəhs edərək bildirib ki, tikinti müəssisələri tərəfindən 17 milyon 801 min manatlıq inşaat işləri həyata keçirilib. Bu işlərin 2,8 faizini dövlət, 97,2 faizini isə qeyri-dövlət müəssisələri görüb. Şəhər əhalisinin böyük razılığına səbəb olmuş “Gəncəçay” park-bulvar kompleksi və kompleksə daxil edilmiş 500-ə yaxın əyani, 20 minə yaxın elektron kitab bazası olan kitabxana istifadəyə verilib.
Hazırda Gəncə Dövlət Filarmoniyasında, Atatürk prospektindəki 50 mənzilli beşmərtəbəli yaşayış binasında, toxuculuq kombinatının yataqxanalarında yaşayanlar üçün tikilən 3 ədəd doqquzmərtəbəli binada inşaat işləri sürətlə davam etdirilir. Cavad xan küçəsində, Hacıkənd qəsəbəsində hər biri yeddimərtəbəli olan mehmanxanaların tikintisində də işlər sürətləndirilib.
Hesabat dövründə Dədə Qorqud, Əhməd Cəmil, Nizami Gəncəvi, Fikrət Əmirov, Ozan və digər küçələrdə, Heydər Əliyev prospektində 18 ədəd ictimai yaşayış binası əsaslı şəkildə təmir edilib. 28 May küçəsindəki 6 binanın, Yeni Gəncə yaşayış massivində iki binanın dam örtüyü dəyişdirilib. Bununla yanaşı, şəhərin müxtəlif ərazilərində yerləşən parklarda, yol kənarlarında, yaşıllıq zolaqlarında abadlıq-bərpa işləri aparılıb.
Əhalinin keyfiyyətli su ilə təmin edilməsi, kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar “Açıq kommunal infrastruktur” layihəsi çərçivəsində Gəncə çayının sağ sahilində su və kanalizasiya xətlərinin çəkilişi işləri davam etdirilib.
Eyni zamanda, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması üçün şəhər səhiyyəsində mühüm işlər həyata keçirilib. Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilib. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bayan küçəsində psixatriya xəstəxanası üçün müasir tələblərə uyğun 2 korpus və yardımçı binanın inşasında, həmçinin 3 saylı uşaq poliklinikasında əsaslı təmir işləri davam etdirilib.
Hesabat yığıncağında şəhərin təhsil, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, bu sahələrdə qazanılan uğurlardan da söhbət açılıb. Tədbirdə şəhərdə həyata keçirilən digər infrastruktur layihələri haqqında məlumat verilib, qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23

