/ / Mələk Çakmak: Qadınların əkinçilik istehsalından daha çox yararlanması üçün mühüm addımlar atılıb
Mələk Çakmak: Qadınların əkinçilik istehsalından daha çox yararlanması üçün mühüm addımlar atılıb
30.06.2016 [09:57]
İyunun 29-da Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatlı Təşkilatının (FAO) dəstəyi ilə Türkiyə və Azərbaycanda reallaşdırılan “Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək” layihəsinin sona çatması ilə əlaqədar yekun seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində 2014-cü ildə başlayan bu layihə Türkiyə və Azərbaycanda kənd qadınları üçün göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədi daşıyır.
Seminarda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov layihənin mühüm sosial əhəmiyyət kəsb etdiyini və müasir dövrdə qadınların kənd təsərrüfatı sahəsi və sahibkarlıqla məşğul olmasının vacibliyini vurğulayıb. Layihənin iki ildən çoxdur davam etdiyini deyən N.Məmmədov məsləhət, informasiya xidmətlərinin təkmilləşdirilməsi, fermer qadınların əməyinin qiymətləndirilməsi ilə bağlı Azərbaycanda həyata keçirilən sosialyönümlü layihəni yüksək dəyərləndirib. Onun sözlərinə görə, layihə həm iqtisadi, həm də sosial cəhətdən çox səmərəli olub, kənd yerlərində yeni iş yerlərinin yaradılması istiqamətində də xeyli iş görülüb.
FAO-nun Azərbaycandakı nümayəndəsi xanım Mələk Çakmak bildirib ki, qadınların əkinçilik istehsalından daha çox yararlanması üçün mühüm addımlar atılıb. “Düşünürəm ki, qadınların əkinçilik təsərrüfatına cəlb edilməsi ərzaq təhlükəsizliyinin qorunmasında, kənd təsərrüfatı məhsullarının istehsalında kişilərlə bərabər sayda ola bilər. Bu, sadaladığım sahələrə ikiqat müsbət təsir göstərəcək. Qadınlar məhsul yığımında, gübrələrin verilməsində və digər sahələrdə çalışa bilərlər”, - deyə M.Çakmak vurğulayıb.
Türkiyə Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin idarə rəisi Gürcan Özdağ layihənin başlıca məqsədlərindən birinin kənd qadınlarının sosial-iqtisadi inteqrasiyasını təşviq etməkdən, onların gəlir yaratmaq bacarıqlarını artırmaqdan ibarət olduğunu söyləyib.
Daha sonra layihə ilə bağlı təqdimatlar olub. Bildirilib ki, kənd qadınları kənd təsərrüfatı istehsalı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində öz biliklərini, bacarıqlarını və potensialını artıracaq. Bu isə kənd qadınlarının gəlir yaratmaq bacarıqlarını və ailə təsərrüfatında ərzaq təhlükəsizliyi və dolanışıq vasitələrini yaxşılaşdırmaqla sosial-iqtisadi inkişafa gətirib çıxaracaq.
Sonda gələcək əməkdaşlıq sahələri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

