/ / “Caspian Energy Award” və “Caspian Business Award” mükafatlarının təqdim edilməsi mərasimi keçirilib
“Caspian Energy Award” və “Caspian Business Award” mükafatlarının təqdim edilməsi mərasimi keçirilib
10.06.2016 [10:03]
Bakıda XIII Beynəlxalq “Caspian Energy Award-2016” və I Beynəlxalq “Caspian Business Award-2016” mükafatlarının təqdim edilməsi mərasimi təşkil olunub.
“Caspian Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionlarında iqtisadiyyatın inkişafına verilən töhfələrə görə siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndələrə, dövlət və özəl şirkətlərinin rəhbərlərinə təqdim olunur.
Beynəlxalq “Caspian Energy Award” və “Caspian Business Award” mükafatları Caspian European Club və Caspian Energy International Media Group-un dəstəyi ilə keçirilir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Caspian European Club-un fəaliyyəti dövründə həm regionda, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandığını söyləyib. Novruz Məmmədov qeyd edib ki, “Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” nominasiyası üzrə mükafat Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsidir. “Tarixə səyahət etsək, Varşava müqaviləsinin qüvvədən düşməsindən sonra yaranan dövlətlər arasında öz daxili və xarici siyasəti sayəsində Azərbaycanın həm beynəlxalq arenada, həm də regionda böyük nüfuz sahibinə çevrildiyini görərik”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.
Novruz Məmmədov deyib ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətçiliyimizin prinsiplərini bu gün Prezident İlham Əliyev və Onun rəhbərliyi ilə dövlət və hökumət qurumları uğurla davam etdirir. Bu mexanizmin bir hissəsi olaraq, biz üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırıq.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə “ADA” Universiteti və bu ali təhsil ocağının rektoru Hafiz Paşayevin adından mükafata görə Caspian European Club-a və onun üzvlərinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu mükafat həm “ADA” Universiteti rektorunun uzun illər Azərbaycan naminə gördüyü xidmətlərin, həm də universitetin son on ildə ölkənin təhsil sahəsində yeniliklər və innovasiyalar tətbiq etməsinin nəticəsidir.
“Azərbaycanda qeyri-neft sektorunun inkişafı insan kapitalı olmadan baş verə bilməz. Bu baxımdan universitetin rolu və onun biznes sektoru ilə əməkdaşlığı çox vacibdir. Hafiz Paşayev və onun rəhbərlik etdiyi universitet bu istiqamətdə ölkədə nümunəvi addımlar atır. Biz bu işləri gələcəkdə də davam etdirmək niyyətindəyik”, - deyə F.İsmayılzadə bildirib.
SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov dövlətimiz müstəqilliyini bərpa etdikdən və Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda neft sahəsində köklü dəyişikliklərin baş verdiyini söyləyib. “Neft strategiyasının əsasını qoyan Heydər Əliyev neft sənayesinin inkişafı üçün yol açdı. Əlli ildən artıq bir vaxt ərzində neft sahəsində işləyən biri kimi mən bunu deməyə bilmərəm. Hələ keçmiş SSRİ dövründə Heydər Əliyev Azərbaycanın müstəqillik qazanacağını görürdü. Bu baxımdan Onun neft sənayesindəki xidmətləri misilsizdir. Ümummilli liderin rəhbərliyi ilə dərin özüllər zavodunun əsası məhz Azərbaycanda qoyuldu. O, böyük infrastruktur yaratdı. Dayaz sulu “Günəşli” yatağında quyuların əsası qoyuldu və qazma işlərinə başlanıldı”, - deyə R.Qurbanov bildirib.
“Türkiyənin Azərbaycandakı səfiri olaraq, ikitərəfli əlaqələrin inkişafına töhfə verən “Caspian Energy Award” mükafatı məndə qürur hissi oyadır”, - deyə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən görüşü zamanı iki qardaş dövlətin rəhbərləri Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıblar. “Qürur hissi olmaqla yanaşı, bu, həm də bizim üçün güc mənbəyidir. Əlaqələrin bu səviyyəyə gəlib çatması gərgin işimizin nəticəsidir. İkitərəfli əlaqələrin inkişafına hər iki dövlətin rəhbərləri və vətəndaşları böyük töhfə verirlər. Layiq görüldüyüm bu mükafat gərgin zəhmətin bəhrəsidir. Əminliklə bildirirəm ki, bu iş gələcəkdə də uğurla davam etdiriləcək”, - deyə səfir bildirib.
“Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin və Caspian Energy International Media Group-un dəstəyi ilə yaradılıb. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir”, - deyə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib. O bildirib ki, təsis olunduğu ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
“Məhz Caspian European Club-un Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində Caspian European Club bu gün Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən ən nəhəng və ən nüfuzlu beynəlxalq təşkilatlardan birinə çevrilib”, - deyə Telman Əliyev diqqətə çatdırıb. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə 2016-cı il noyabrın 30-da Caspian Energy Forum dövlət və özəl şirkət rəhbərlərini bir araya gətirəcək. Caspian Energy International Media Group-un flaqmanı sayılan “Caspian Energy” jurnalının birinci nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Hazırda dünyanın 50 ölkəsində yayımlanan “Caspian Energy” jurnalının hər buraxılışında dünyanın aparıcı ölkələrinin prezidentlərinin, baş nazirlərinin, nazirlərinin, dövlət və özəl şirkət rəhbərlərinin və nüfuzlu ekspertlərinin müsahibələri və məqalələri dərc olunur. Bir sıra reytinq agentliklərinin hesablamalarına görə, “Caspian Energy” jurnalı dünyanın 20 nüfuzlu neft-qaz nəşri və regionun 5 aparıcı neft-qaz jurnalı siyahısına daxildir.
Çıxışının sonunda Telman Əliyev uzun illər ərzində klubun fəaliyyətində göstərdikləri dəstəyə və məhsuldar əməkdaşlığa görə dövlət qurumları, şirkət və təşkilat rəhbərlərinə minnətdarlığını bildirib, mükafata layiq görülən bütün nominantları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

