Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var
25.04.2016 [09:12]
“ADA” Universitetində Beynəlxalq Yer Günü ilə əlaqədar “Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq” mövzusunda konfrans keçirilib
Aprelin 22-də “ADA” Universitetində Beynəlxalq Yer Günü ilə əlaqədar Amerika Məzunlarının Avropa Şəbəkəsinin (ENAM) “Enerji, bərpa olunan mənbələr və dayanıqlılıq” mövzusunda 7-ci illik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində Azərbaycandakı perspektivlərdən və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Hafiz Paşayev bildirib ki, “ADA” Universitetində də alternativ və bərpa olunan enerji mənbələri sahəsi daim diqqətdə saxlanılır, müxtəlif layihələr reallaşdırılır və tələbələrə bu enerji növünün üstünlükləri barədə zəruri məlumatlar çatdırılır.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov ABOEM sahəsində Azərbaycanda həyata keçirilən dövlət proqramlarından və reallaşdırılan layihələrdən, onların əhəmiyyətindən, gələcək perspektivlərdən bəhs edib. Diqqətə çatdırıb ki, Azərbaycanda ənənəvi enerji mənbələri ilə yanaşı, sərfəli və ətraf mühitə xələl gətirməyən alternativ enerji mənbələri də daim diqqətdə saxlanılır.
Bu sahənin inkişafında maarifləndirmə işlərinin önəmini qeyd edən A.Bədəlov bir neçə amilə xüsusi diqqət yetirilməli olduğunu deyib: “Birinci amil enerji mənbələrinin özlərinin mövcudluğudur. Bundan başqa, siyasi-iqtisadi vəziyyət ona imkan verməlidir ki, həmin sahə inkişaf etsin. Ən mühüm amil isə siyasi iradənin olmasıdır”.
Dünyada enerjiyə tələbatın günbəgün artdığını vurğulayan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, bu gün populyar enerji növü məhz alternativ və bərpa olunan enerjidir. Hazırda dünyada 350 milyard dollar dəyərində ABOEM layihələri icra edilir. Qlobal enerjidə külək və su enerjisi 30 faiz yer tutur. Günəş enerjisindən istifadə isə təxminən 20 faizədək artıb. Səfir bildirib ki, Azərbaycanda külək və günəş enerjisindən istifadə üçün əlverişli imkanlar var.
Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti İlqar Vəliyev, “BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “PAŞA Bank”ın idarə heyətinin sədri Taleh Kazımov və Amerika Məzunlarının Avropa Şəbəkəsi Assosiasiyasının baş katibi Massimo Kuqisi bərpa olunan enerji sahəsində uğurlu strategiyalar həyata keçirən, tədqiqat və inkişaf sahəsində müvəffəqiyyətlər qazanmış ölkələrin təcrübəsindən faydalanmağın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda dayanıqlı, ekoloji cəhətdən təmiz iqtisadiyyata keçid, ətraf mühitin təmizlənməsi üzrə qanunvericilik və onun tələblərinə əməl edilməsi, ekoloji cəhətdən təmiz metodlarla əldə olunan enerjinin təşviqi məsələlərinə toxunulub.
Konfrans işini müxtəlif sessiyalarla davam etdirib. Bərpa olunan Enerji üzrə Amerika Şurasının vitse-prezidenti Tom Veyriçin “ABŞ-da bərpa olunan enerjinin perspektivləri: Bazarların, siyasətlərin, maliyyə və innovasiyanın qarşılıqlı əlaqəsi” adlı məruzəsi dinlənilib. T.Veyriç bütün ölkələrin milli bərpa olunan enerji siyasətinin hazırlanmasına, müvafiq qanunvericilik çərçivəsinin müəyyən edilməsinə, eləcə də bu sahədə elmi və texniki bacarıqların artırılması istiqamətində sərmayə qoyulmasına ehtiyac olduğunu qeyd edib.
“ADA” Universitetinin, “AmCham”ın, ABOEMDA-nın, Amerika Məzunlarının Avropa Şəbəkəsi Assosiasiyasının və ABŞ Təhsilli Azərbaycan Məzunlarının (AAA) birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın enerji sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, Avropanın 15 ölkəsindən və ABŞ-dan Amerika təhsil proqramlarının 20 məzunu iştirak edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

